Vivaldi'də işləmək

Yeni vakansiyalar və bizim Vivaldi'də necə işləməyimiz haqqında öyrənin.

Vakansiyalar

Hal-hazırda vakansiya yoxdur, lakin, maraq göstərdiyiniz üçün təşəkkür edirik. Biz həmişə bacarıqlı insanlar axtarırıq və siz bunlardan birisinizsə və Oslo və ya Reykyavikdə yaşayırsınızsa bizə - [email protected] ünvanına yazın.


Yerləşdiyi məkan

Biz, Norveç, İslandiya və ABŞ-da ofisləri olan (indiyə qədər), yeddi ölkədə çalışan, 25 millətin nümayəndələriyik.

Oslo, Norveç

Bizim baş ofisimiz Osloda gözəl şəlalənin yaxınlığında yerləşir. Bəli, bu əsl şəlalədir və əgər istəsəniz çayda əsl Norveç qızılbalığları da tuta bilərsiniz.

Reykyavik, İslandiya

İslandiyadakı ofislərimiz Jon tərəfindən qurulan yerli bir startap inkubatoru olan İnnovasiya Evində yerləşir. İslandiya komandamız, nəfəs kəsən okean mənzərələrindən ilham alaraq çalışır.

Maqnoliya, ABŞ.

ABŞ-dakı ofisimiz Bostondan nəqliyyat vasitəsi ilə bir neçə dəqiqəlik məsafədə, Maqnoliyada İnnovasiya Evində yerləşir - bir yerdə yaşayırıq və işləyirik. Hər yay bütün komanda burada əylənmək və kod yazmaq üçün toplanır.

Görüşlər

Hər iyun ayında biz Massaçuset ştatında, Manqoliyada görüşürük. Ailələrimizlə birlikdə gözəl tarixi malikanədə yaşayırıq, səmərəli vaxt keçiririk, əylənirik. Və əlbəttə ki, həm də kod yazırıq.

Soyuqlar düşməyə başlayanda yenidən görüşürük - bu dəfə İslandiyada. Məhz Qütb Parıltısı zamanı.

Tarazlıq

Bilirik ki, insanlar öz işlərini və şəxsi vaxtlarını idarə etdikləri zaman daha məhsuldar işləyirlər, bu isə onlara ofisdən kənarda belə, istədiklərini etməyə imkan verir. Biz, Vivaldi-də ailə vəziyyətlərinə və digər şərtlərə uyğun müxtəlif iş üsulları təklif edirik.