Reklam əngəlləyici - əlavə qoşmaya ehtiyac olmadan, sürətli və pulsuz

Vivaldi daxilinə reklam əngəlləyici quraşdırılıb, bu da bezdirici reklamları, izlənilməni əngəlləyərək veb səhifənin daha tez yüklınməsinə imkan yaradır. Vivaldini yükləyin və əlavə qoşmalar olmadan internetdə daha cəld və təhlükəsiz səyahət edin.

Daxili reklam əngəlləyici nəyi ilə yaxşıdır?

  • Veb-bələdçini sürətləndirir.
  • Əlavə qoşmalara ehtiyyac yoxdur.
  • İnternetdə təhlükəsiz işləmək.
  • Pulsuz. Daimi.

Download Vivaldi

Reklamları əngəlləyir və veb-bələdçinin işini sürətləndirir

  • Reklam əngəlliyici olmadan bezdirici rekkamlar nəinki mane olur, həm də səhifənin yüklənməsini ləngidir.
  • Veb-bələdçiniz reklamların, bannerlərin animasiyalı şəkillərin sürüşən pəncərələrin yüklənməsi ilə məşğul olduğundan səhifə ləng yenilənir.
  • Reklam əngəlləyicinin aktiv olması veb-bılədçinin daha tez yüklənməsinə səbəb olur.
  • Vivaldinin ani açılan pəncərə əngəlləyicisi səhifə üçün sorğu göndərdiyiniz an aktiv işləməyə başlayır. Məşhur reklam mənbələrinin siyahıları yoxlanılır və səhifə açılmadn onlar əngəllənir. Bu yolla reklmların yüklənməsinin qarşısı alınır. Reklamların yüklənməsinin qarşısının alınması kompyuterin prossesoruna, yaddaş resurslarına və internet trafikinə qənaət edir - bu da daha cəld işləməyə imkan verir!

Daxilə quraşdırılan reklam əngəlləyici, əlavə olaraq qyraşdırılan qoşmadan daha yaxşıdır

Sizə reklam əngəlləyici birbaşa veb-bələdçidə lazımdlr? Bizim reklam əngəlləyici ilə sizə başqa əlavə qoşma lazım olmayacaq.

Əlavə qoşmalar nəyə isə kömək edə bilər lakin, onların uyğunluq problemi ola bilər. Vivaldi'də bütün komponentlər bir-birinə uyğun şəkildə quraşdırılıb. Biz üçüncü tərəfdən asılı olmamağa çalışırıq.

Əgər istəsəniz istənilən vaxt əlavə qoşmadan istifadə edə bilərsiniz.

Müqayisə et

Vivaldi daxilinə quraşdırılmlş reklam əngəlləyici ilə əlavə quraşdırılmış qoşmanı müqayisə edin

Vivaldi veb-bələdçinin daxili reklam əngəlləyicisi Üçüncü tərəf əlavə qoşmaları

Reklam əngəlləyici

Dövrümüzdə bir çox reklam əngəlləyicilər, səhifə kompyuterə yüklənənə qədər reklamları silir.

Bəli Bəli

Veb-bələdçi daxilinə quraşdırılıb

Üçüncü tərəf əlavə qoşması veb-bələdçi daxilinə quraşdırılmayıb və siz onları əlavə qoşmalar mağazasından tapa və qiraşdlra bilərsiniz.

Bəli Xeyr

Təhlükəsiz səyahət

Qoşmalar veb-bələdçidə işləyir və onları seçərkən diqqətli olun.

Bəli Xeyr

Yüksək məhsuldarlıq

Qoşmadan aktiv istifadə edilməsi bələdçinin işinin məhsuldarlığını azaldır. Əksər hallarda onlar yaddaşı doldurur, və işi ləngidir.

Bəli Xeyr

İstifadəsi asan

Daxilə quraşdırılmış qoşma həmişə daha yaxşı işləyir. Onlar veb-bələdçidə daha asan və keyfiyyətli işləməyə imkan verir.

Bəli Xeyr

Daxili reklam əngəlləyici ilə təhlükəsizlik

Reklam əngəlliyici Sizi, məxfiliyinizi poza biləcək reklam izlənməsindən uzaq tutacaq.

Bir çox onlayn reklam, izlənmə vasitələrindən istifadə edir. Onlar, Sizin internetdəki fəaliyyətiniz haqqında məlumat toplayır və şəxsi məlumatlarınıza giriş əldə edə biləcək koddan ibarət ola bilər.

Cihazınızı bezdirici və təhlükəli reklamlardan qoruyun.

Əngəlləyici olmadan Siz reklamlardan, virus yayılmasından və məlumatlarınızın oğurlanmasından qoruna bilməzsiniz. Əksər hallarda bu növ reklam, sizi, təhlükəli proqram təminatını işə sala biləcək fayllar yükləyəcək keçidlər olan sayta yönəldir. Bəzi saytlar yalnız sizi maraqlandıracaq reklamları göstərməyə cəhd edir, lakin, heç də həmişə bunları idarə etmək mümkün olmur.

Təhlükəli əlavələrdən qorunmaq üçün reklam əngəlləyici istifadə edin.

Veb bələdçidə kənar qoşmalar işləyir və fərdi məlumatlarınıza giriş əldə edə bilər. Məlumatlarınızı və cihazlarınızı bizim pop-up əngəlləyici ilə qoruyun. Zərərli qoşmalar da daxil olmaqla reklamları əngəlləyir.

Məxfiliyi qoruyan reklam əngəlləyici

Bəzi reklam əngəlləyicilər istifadəçinin aktivliyini izləyir, profillər yaradır və onları üçüncü tərəfə satır.

Reklam əngəlləyicidən ibarət olan tətbiqlər müxtəlif cür gəlir əldə edirlər.

Vivaldi veb-bələdçisi fərqlidir. Bizim işimiz sizin məlumatlarınızı qorumaqdır. Biz sizi bütün növ reklamlardan və izlənmədən qorumaq üçün Vivaldiyə reklam əngəlləyici inteqrasiya etdik.

Biz sizi izləmirik.
Biz sizin profilinizi yaratmırıq.
Biz sizin məlumatlarınızı satmırıq (hətta onları toplamırıq).

Seçim etmədən öncə bunu oxuyun: reklam əngəlləyicinin biznes modeli nədir?

Pulsuz reklam əngəlləyici

Vivaldi reklam əngəlləyicisi tamamilə pulsuzdur, heç bir imkan və funksionallıq üçün ödəmə tələb olunmur.

Vivaldi başqa veb-bələdçilərdən fərqli olaraq daha çox daxili funksiyalara malikdir və bütün bunlar pulsuzdur! Bizim reklam əngəlləyicimizdən yararlanın!

Diqqətli olun

Daxil olduğunuz saytlar reklam əngəlləyicidən ziyan görə bilərlər - belə ki, reklamlar bir çox saytlar üçün gəlir mənbəyidir.

Azad internet tərəfdarı kimi veb-saytların gəlir əldə etməsinə qarşı deyilik.

Vivaldi'də, saytda nə göstərilməli olduğuna və məlumatlarınızın sayta etibar edilib-edilməməsinə siz qərar verirsiniz.

Biz izlənmənin əngəllənməsini bütün saytlar ümün aktiv etmənizi tövsiyyə edirik, reklam əngəlləyicini isə yalnız bezdirici və mane olan reklamlar olan saytlar üçün aktiv etmənizi tövsiyyə edirik.

Sevimli saytlarınızın və internetdə azad kontentin dəstəklənməsi üçün biz məsləhət görürük:

  • Reklam əngəlləyicini heç də bütün saytlar üçün aktiv etməyin.
  • Etibar etdiyiniz saytlardan reklamlara icazə verin.
  • Yalnız izlənməni əngəllənməyə cəhd edin. İzlənmənin əngəllənməsi, sizi izləyə bilən daha təhlükəli reklamların qarşısını alır.
  • Müntəzəm daxil olduğunuz saytları dəstəkləmək üçün onlara birbaşa maddi yardım göstərin.

Reklam əngəlləyicilər haqqında daha çox öyrənin

  • Reklam əngəlləyici nədir?

    Reklam əngəlləyici onlayn reklamları süzgəcdən keçirən proqram təminatıdır və saytda reklamların göstərilməsinin qarşısını alır. Veb-bələdçidə reklamların əngəllənməsi adətən AdBlock və ya AdBlock Plus kimi kənar qoşmalar vasitəsi ilə həyata keçirilir. Bir çox əngəlləyicilər, reklamlar sayta yüklənmədən öncə onların qarşısını alır.

  • Reklam əngəlləyici necə işləyir

    Reklam əngəlləyicilər iki üsuldan istifadə edirlər.

    Birinci halda əngəlləyici, sorğuları internetdən alır və onları reklam ünvanlarının verilənlər bazası ilə müqayisə edir. Əgər ünvan bu siyahıda varsa sorğu ləğv edilir və bu halda reklam bu saytda yüklənməyəcədir.

    İkinci halda, əngəlləyici saytdakı elementləri nəzərdən keçirir və reklama aid olanları gizlədir. Bu əngəlləyici birinci süzgəcdən keçə bilən reklamları əngəlləyir və həmçinin boş reklam sahələrini gizlədir.

  • Bütün reklamlar əngəllənir?

    Reklam əngəlləyici yalnız tanınmış reklam ünvanları olan siyahıya görə işləyir. Texniki baxımdan 100% əngəllənməni təmin etmək mümkün deyil. Bu siyahının müəllifi həmin vaxt heç də bütün reklam ünvanlarından xəbərdar olmaya bilər. Yeni reklam ünvanı siyahıya bir müddət sonra əlavə edilə bilər. Reklam tərtibatçıları çox yaradıcıdırlar və daimə yeni reklam texnologiyası yaradırlar.

  • Reklam əngəlləyici sizin məlumatlarınızı toplayır?

    Hər tətbiq istifadəçi məlumatlarına müxtəlif formada yanaşır. Biz məsləhət görürük ki, reklam əngəlləyici quraşdırmadan öncə istifadə qaydaları ilə tanış olasınız. Vivaldi'nin daxili raklam əngəlləyicisi istifadəçiləri izləmir. Əlavə olaraq biz İzlənilmə və məlumat toplanılmasına qarşı mübarizə aparırıq.

  • Vivaldi'də reklam əngəlləyicini necə aktiv etməli?

    Reklam əngəlləyici Vivaldi'də ilkin halda söndürülmüş olur.

    Veb-bələdçini yükləyərək quraşdırdığınız zaman, reklamlardan qorunmanın hansı səviyyəsini seçməniz sizdən soruşulacaq. Sİz, "Əngəlləmək", "İzlənilməni əngəlləmək" və "İzlənilməni və reklamları əngəlləmək" arasında seçim edə bilərsiniz. Bu seçimi istədiyiniz vaxt dəyişə bilərsiniz.

    Standart olaraq Vivald, Reklam əngəlləyiciyə, bizim axtarış vasitəsi tərəfdaşlarımızdan, izlənmə olmadan reklamların göstərilməsinə icazə verir. Siz bu reklamları, "Tərəfdaşlarımızdan reklamlara icazə verilir" funksiyasını söndürməklə əngəlləyə bilərsiniz.

  • Reklam əngəlləyicini necə söndürməli?

    Siz reklam əngəlləyicini istənilən vaxt söndürə bilərsiniz. Bunun üçün Vivaldi ayarlarında "Əngəllənmir" seçin. İstənilən vaxt bu seçimi dəyişə bilərsiniz.

  • Vivaldi veb-bələdçisi reklamları necə əngəlləyir?

    Biz, yenilənən tanınmış reklam ünvanları siyahısı əsasında reklamın yüklənməsinə göndərilən müraciətlərin qarşısını almaqla onların cihiazınıza yüklənməsinin qarşısını alırıq.

    Ümumi quruluşuna görə bizim reklam əngəlləyicimiz əksər bu kimi proqramlara bənzəyir. Nəyin əngəllənməsi lazım olduğunu müəyyən edən bir əngəlləmə mexanizminə malikdir.

  • Vivaldi veb-bələdçisi hansı əngəlləmə siyahısını istifadə edir?

    Reklamlara əngəlləmək üçün biz standart olaraq EasyList istifadə edirik və istəyə bağlı olaraq aktivləşdirilə bilən müxtəlif yerli reklam əngəlləmə siyahıları təqdim edirik. Bu siyahılardan bəziləri EasyList ilə bağlıdır.

    İzləyiciləri əngəlləmək üçün biz DuckDuckGo Tracker Radar və istəyə bağlı populyar EasyPrivacy istifadə edirik.

    Siz əngəlləmə siyahısını veb-bələdçi ayarlarından idarə edə bilərsiniz. Siyahını aktiv etmək üçün uyğun bölməni işarələyin, söndürmək üçün isə bu işarəni qaldırın.

    Əgər siyahıda sizə lazım olan mənbələr yoxdursa onları əlavə olaraq idxal edə bilərsiniz.

  • Yalnız, göstərilən xüsusi saytlarda reklamları necə əngəlləməli?

    Sayta olduqda Vivaldi'nin ünvan sətrindəki qalxan işarəsinə vurun və "Əngəllənmir", İzlənməni əngəlləmək", İzlənməni və reklamları əngəlləmək" səviyyələrindən birini seçin.

  • Əngəllənmiş reklamların sayını necə bilməli?

    Əngəllənən reklamların sayını ünvan sətrinin solundakı qalxan nişanına vuraraq öyrənə bilərsiniz. Əngəlləyicinin hər hansı bir səviyyəsinin aktiv edildiyinə əmin olun və əngəllənən reklamların sayını bilmək üçün qalxan nişanına vurun.