Məhsuldar. Məxfi. Daxili finksiyalar.

6 ən tanınmış veb-bələdçi ilə birbaşa müqayisə .

Buna daha çox aydınlıq gətirmək üçün bu təlimatda Vivaldini Firefox, Chrome, Opera, Safari və Edge ilə müqayisə edəcəyik.

Download Vivaldi

Bu sizin internetə tam çıxışınızı təmin edən bir veb-bələdçidir

Veb-bələdçilərin müqayisəsi zamanı vacib amillər kimi - sürət, istifadə rahatlığı və təhlükəsizlik nəzərə alınır. Lakin, 2023-cü ildə ən yaxşı veb-bələdçini seçərkən daha çox faktorların nəzərə alınması tələb olunur.

Statistika ilə razılaşsaq əksəriyyət istifadəçilər Google Chrome, Safari və Firefox veb-bələdçilərinə üstünlük verirlər. Lakin, öncə sizin istəklərinizi nəzərə alan, fərqli bir veb-bələdçi axtarırsınızsa necə?

Narahat olmayın, biz sizi qoruyuruq! Sizə ən yaxşı veb-bələdçini tapmağa kömək etmək üçün Vivaldi, Google Chrome, Firefox, Safari, Opera və Edge-ni sınaqdan keçiririk.

Məhsuldarlığına görə ən yaxşı veb-bələdçi hansıdır?

Siz heç hansı veb-bələdçinin tapşırıqlarınızı icra etmənizə və işinizi daha tez yerinə yetirmənizə kömək etdiyi haqqında düşünmüsünüzmü? Bu müqayisə bu və digər suallaraa cavab tapmanıza kömək edəcək.

Tam dəstək Qismən dəstək Dəstək olmadan

Ən məhsuldar veb-bələdçi Vivaldi Chrome Firefox Edge Safari Opera
İkisəviyyəli vərəq qrupları Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Vərəq qrupları Tam dəstək Tam dəstək Dəstək olmadan Tam dəstək Tam dəstək Tam dəstək
Saysız-hesabsız vərəqlərə bölünmüş ekranda baxış Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Vərəq zolağının fərdi yerləşdirilməsi Tam dəstək Dəstək olmadan Dəstək olmadan Qismən dəstək Dəstək olmadan Dəstək olmadan
Ünvan sətrinin fərdi yerləşdirilməsi Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Vərəqin vaxtaşırı təkrar yüklənməsi Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Veb-səhifələri iş masasına tətbiq kimi quraşdır (PWA) Tam dəstək Tam dəstək Dəstək olmadan Tam dəstək Dəstək olmadan Tam dəstək
Fərdi makroslar Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Fərdi siçan jestləri Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Qismən dəstək
Ayarlanabilən klaviatura qısayolları Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Tam dəstək
Daxili diqqətdə saxlama və məhsuldarlıq vaxtı Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Fərdi tətbiqlər və saytlar veb-bələdçinin yan panelində Tam dəstək Dəstək olmadan Qismən dəstək Dəstək olmadan Qismən dəstək Tam dəstək
Vərəqi yuxu rejiminə keçir (RAM-ı boşaltmaq üçün) Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Fasilə rejimi Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Daxili qeyd redaktoru Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Daxili e-poçt Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Daxili təqvim Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan

Nəticə: Vivaldi veb-bələdçi məhsuldarlığına görə ən yaxşısıdır.

Bu qrafik sizə internetdə səyahət zamanı hansı veb-bələdçinin daha məhsuldar olduğunu əyani göstərir. Lakin, bu bir çox faktorlardan asılıdır və şəxsdən şəxsə dəyişir.

Bizim bir çoxumuz günümüzün əksər hissəsini veb-bələdçidə keçiririk və əgər veb-bələdçi yavaş işləyərsə bu bizi əsəbləşdirə bilər.

Vərəqlərin idarə edilməsi, onlayn olduqda məhsuldarlığa təsir göstərəcək digər vacib faktordur. Siz istədiyiniz qədər vərəqləri açmaq imkanına malik olmalısınız. Lakin siz işləmək və ya sadəcə internetdə daha effektiv gəzinmək istəsəniz vərəqlərin idarə edilməsi seçimi ən yaxşı variantdır.

Sadəcə mətn şəklində məzmun təqdim edən veb-bələdçilər keçmişdə qaldı. Veb-bələdçilər müasir işimizin əsas hissəsidir və onlarla qarşılıqlı əlaqəmiz iəimizin məhsuldarlığına böyük təsir göstərə bilər. Məhsuldarlığı artırmaq üçün istifadə etdiyiniz veb-bələdçinin sizə iş axınınızı rahat idarə etməyə kömək etdiyinə əmin olmaq vacibdir.

Məxfiliyiniz üçün ən yaxşı veb-bələdçi hansıdır?

İzlənilmək istəmədiyuimiz bir şeydir. Ancaq düzgün veb-bələdçinin seçilməsi izlənilməyə məruz qalmanızı azalda bilər. Davranışlarınızı izləməməklə və baxış tarixçənizi saxlamamaqla sizin məlumatlarınızı qoruyur. Bəzi brauzerlər məxfiliyinizi qorumağı digərlərinə nisbətən asanlaşdırır. Məxfiliyi nə üçün dəyərləndirmənizdən asıllı olmayaraq, bəzi veb-bələdçilər bunu digərilərindən daha asan edir.

Məxfilik üçün ən yaxşı veb-bələdçi Vivaldi Chrome Firefox Edge Safari Opera
Daxili reklam əngəlləyici Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Tam dəstək
İzləyənlərdən qorunma Tam dəstək Dəstək olmadan Tam dəstək Tam dəstək Tam dəstək Tam dəstək
Fərdi əngəlləmə siyahısı Tam dəstək Dəstək olmadan Qismən dəstək Dəstək olmadan Dəstək olmadan Tam dəstək
Şifrələmə açarı ilə təhlükəsiz eyniləşdirmə Tam dəstək Qismən dəstək Tam dəstək Qismən dəstək Qismən dəstək Tam dəstək
İstifadəçinin davranışlarını izləmir və toplamır Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan

Nəticə: Məxfilik baxımından Vivaldi ən yaxşı veb-bələdçidir.

İnsanların internetdən istifadə etməsi son illər dramatik şəkildə dəyişib. Bir çox veb-saytlar istifadəçilərin internetdə nə etdiyini izləyirlər. Bu izləmə bəzən sizin üçün "fərdiləşdirilmiş təcrübə" təqdim etmək üçün lazım gəldiyinə görə ləğv edilir, lakin əslində izləmədən haqınızda məlumatlar toplamaq üçün istifadə olunur. İstifadəçilərin bu kimi məlumatları qazanc əldə etmək və onlayn davranışınıza əsasən sizə reklamların göstərilməsinə və digər məqsədlərə xidmət etmək üçün istifadə oluna bilər.

Buna görə də sürət və rahatlıq veb-bələdçi seçərkən artıq ən vacib amillər deyil – onun sizin haqqınızda nə qədər məlumat topladığını da nəzərə almalısınız.

Məlumatlarınızın qorunması üçün Vivaldi kimi məxfiliyi qorumağa qadir olan bir veb-bələdçidən istifadə edin. Sizin məlumatlarınız yalnız sizə aiddir və biz onları toplamaqda maraqlı deyilik.

Ən geniş ayarlanabilən veb-bələdçi hansıdır?

Veb-bələdçi istehsalçıları yeni xüsusiyyətlər yaratmağa gəldikdə həmişə fərqlənməyə çalışırlar. Bu gün əksər veb-bələdçilər iş, oyunlar, alış-veriş, internet şəbəkəsi və s. kimi bir çox funksiyaları özündə cəmləşdirir. Bəs hansı veb-bələdçi daha çox funksiya və alət təklif edir? Gəlin bunu yoxlayaq.

Ən yaxşı daxili funksiyalara malik veb-bələdçilər Vivaldi Chrome Firefox Edge Safari Opera
Veb-bələdçi daxilində ekran şəkli çəkmə aləti Tam dəstək Dəstək olmadan Tam dəstək Tam dəstək Dəstək olmadan Tam dəstək
Məxfi tam səhifə tərcümə aləti Tam dəstək Qismən dəstək Dəstək olmadan Qismən dəstək Qismən dəstək Dəstək olmadan
İstənilən veb səhifədə sərbəst video pəncərəsi Tam dəstək Dəstək olmadan Tam dəstək Dəstək olmadan Tam dəstək Tam dəstək
Fərdi paylaşılabilən xarici görünüş mövzuları Tam dəstək Qismən dəstək Qismən dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Düzəliş ediləbilən alətlər zolağı Tam dəstək Dəstək olmadan Tam dəstək Dəstək olmadan Tam dəstək Dəstək olmadan
Chrome əlavələri ilə uyğunuq Tam dəstək Tam dəstək Dəstək olmadan Tam dəstək Dəstək olmadan Tam dəstək
Ayarlanabilən axtarış mühərrikləri Tam dəstək Qismən dəstək Tam dəstək Dəstək olmadan Dəstək olmadan Tam dəstək
Səhifə əməlləri ilə səhifələrə baxışı dəyiş Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Daxili oxu rejimi Tam dəstək Qismən dəstək Tam dəstək Tam dəstək Tam dəstək Tam dəstək
Statistikalı vizual tarixçə Tam dəstək Dəstək olmadan Qismən dəstək Qismən dəstək Dəstək olmadan Qismən dəstək
Şəkilin təfərrüatlarına baxış aləti Tam dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Canlı şəkilləri aç/bağla Tam dəstək Dəstək olmadan Qismən dəstək Dəstək olmadan Dəstək olmadan Dəstək olmadan
Şəkilin yüklənməsini aç/söndür Tam dəstək Qismən dəstək Qismən dəstək Qismən dəstək Qismən dəstək Qismən dəstək

Nəticə: Vivaldi ən çox funksiyalı və ayarlanabilən veb-bələdçi.

Hansı veb-bələdçiyə üstünlük verməyinizdən asılı olmayaraq onlar bir çox funksiyalar təklif edir. Firefox, Opera və Safari tərəfindən təklif olunan hər bir funksiya üçün oxşar funksionallığı təmin edən Chromium genişlənmələri əlavə oluna bilər.

Əlavələr veb-bələdçinizin işləmə sürətini azalda və təhlükə riskini artıra bilər. Buna görə də biz üçüncü tərəf genişlənmələrindən daha az istifadə etməyi və təhlükəsiz, etibarlı və daxilə quraşdırılmış alətlərə üstünlük verməyi tövsiyyə edirik. Məsələn, Vivaldi daxilinə quraşdırılmış alətlər kompyuterinizin resurslarını az istifadə edir və verilənlərinizi oğurlamır.

Nəticə

Bu müqayisəetmə sınağında birmənalı seçim Vivaldidir. Super çevik istifadəçi interfeysi, ən yaxşı vərəqləri idarəetmə funksiyası, təhlükısiz və etibarlı daxilə quraşdırılmış tətbiqlər və internetdə ən yükskək məxfiliyi saxlama bacarığı, bütün bunlar Vivaldinin niyə veb-bələdçilər üçün qızıl standart olduğunu izah edir.

Hansı veb-bələdçini istifadə etmənizdən asılı olmayaraq viruslardan qorunmaq, və haker hücümları və zərərli proqramlar nəticəsində yaranacaq təhlükələrin qarşısını almaq üçün onu vaxtaşırı yeniləməlisiiz vacibdir. Bundan əlavə kompyuterinizin ümumi təhlükəsizliyi üçün əməliyyat sisteminizi ən son versiyaya yenilənmiş şəkildə saxlamalısınız.

Böyük texnoloji qurumlardan uzaq durun, bunu etmək xoşunuza gələcək

Download Vivaldi