İş sahəsi

İş sahələri Vivaldidə vərəqlərinizi - və iş sahələrinizi - nizamlamağın ən yaxşı yoludur.

İş sahələri nədir?

Bu vərəqlərinizi və vərəq yığınını kateqoriyalarına görə fərqli iş sahələrində qruplaşdırmağa imkan verir. Sonra bir toxunuşla dərhal həmin görünüşə keçə bilərsiniz. Bu işinizi asanlaşdırmaq və daha məhsuldar etmək üçün faydalıdır.

Vərəq qrupları kimi, İş sahələri də sizə vərəqlərinizi müxtəlif kateqoriyalar daxilində yerləşdirməyə imkan verir. Fərq onadır ki, baxacağınız iş sahəsini seçdikdə, yalnız pəncərədəki həmin kateqoriya üçün olan vərəqləri görəcəksiniz.

İş sahəsinini unikal edən nədir?

Öncə siz heç də bütün veb-bələdçilərdə İş sahəsi tapa bilməzsiniz. Vivaldidəki İş sahələriinin əsas xüsusiyyəti odur ki, siz onları Vərəq qrupları ilə istifadə edə bilərsiniz.

Və başqa veb-bələdçilərdəki İş sahələrindən fərqli olaraq Vivaldi ilə siz Vərəqlərin yan-yana düzülüşündən istifadə edə bilərsiniz. Ber neçə vərəq ilə eyni zamanda işlədikdə müxtəlif vərəqlərdəki işlərinizi eyni anda tor şəklində bölünən ekranda görə bilərsiniz.

İş sahələri ilə necə işləməyə başlaya bilərəm?

Sadəcə olaraq vərəq panelindəki İş sahələri düyməsinə vurun və ya Sürətli əmrlərdən istifadə edin. Yeni iş sahəsi seçin və onu adlandırın. Əgər xoşunuza gələrsə bir nişan və ya emosiya əlavə edə bilərsiniz.

İş sahələri düyməsini istədiyiniz yerdə yerləşdirin - Vərəq panelində, Panel kimi və ya Vəziyyət panelində. Hər şey sizin əlinizdədir.

İş sahələri arasında keçid bundan artıq asan ola bilməzdi və bir neçə seçim mövcuddur. İş sahələrini İş sahələrinə düyməsinə vurmaqla, Sürətli əmrlərdən və ya klaviatura qısayollarından istifadə etməklə başlada bilərsiniz.

İş sahələri menyusu hər iş sahəsində neçə vərəqin olduğunu göstərir.

Vərəqi və ya vərəq qrupunu başqa iş sahəsinə köçürmək üçün kontekst menyu vasitəsi ilə onu tutaraq sürüşdürün və ya pəncərələr panelindən tutaraq sürüşdürüb atın.

Pəncərələr paneli İş sahələrinizi və onlardakı Vərəq qruplarını göstərir. Hər iş sahəsi üçün vərəq və vərəq qruplarının və həmçinin hər qrup üçün vərəqin sayı göstərilir.

Veb-bələdçini bağladığınız zaman İş sahələrinizi avtomatik olaraq saxlanılır. Məxfi pəncərələrdə yaradılmış İş sahələri məxfi pəncərələr bağlanan kimi silinir.

İş sahələrini necə istifadə edə bilərəm?

İş sahələrini vərəqlərinizi qruplaşdırmaq üçün istifadə edə bilərsiniz. Burada İş sahəsinin işinizin keyfiyyəini necə artırmasını götərmək üçün bir neçə nümunə var.


İş

Müxtəlif layihələri İş sahəsi daxilində çeşidləyin və işinizi daha yaxşı təşkil etmək üçün Vərəq qrupları əlavə edin. Bölünmüş ekran, bir pəncərədə vərəqlərin yan-yana düzülüşü sizi daima irəli-geri keçid etməkdən azad edir.

Oyunlar

Oyunla əlaqəli vərəqlərinizi İş sahələrindədə qruplaşdırın və oyunlarınızı və söhbətlərinizi Vərəq qruplaşmasından istifadə edərək bir sahədə yerləşdirin. İş sahələrinizdəki hər şeyə ümumi nəzər salmaq istədiyiniz zaman vərəqlərin yan-ayana düzülüşündən istifadə edə bilərsiniz.

Səyahət

Bütün təyyarə uçuşları və quru nəqliyyatı saytlarını, yerli əyləncə məkanlarını və səyahətə aid digər məlumatları bir yerdə toplaya bilərsiniz. Daha yaxşı qruplaşma üçün Vərəqlərin qruplaşdırılması, gediş haqqları və rəyləri müqayisə etmək üçün Vərəqlərin yan-yana döşənməsi kimi faydalı funksiyalar mövcuddur.

Araşdırmaq

Müxtəlif layihələrinizi İş sahələri daxilində çeşidləyin və bütün araşdırmalarınızı Vərəq qruplaşması ilə qruplaşdırın. Vərəqlərin yan-yana düzülüşü ilə ekranı bölməklə irəli-geri hərəkət etmdən, bir neçə vərəqə bir pəncərədə eyni anda baxa bilərsiniz.

İdman

Müxtəlif idman növlərinə aid saytları bir sahədə qruplaşdırın. Vərəq qruplaşması ilə bütün idman tədbirlərinə aid xəbərləri bir sahədə qruplaşdıra və Vərəqlərin yan-yana düzülüşü ilə bütün hadisələrdən xəbərdar ola biləcəksiniz.

Xəbərlər

Müxtəlif xəbər saytlarınızı İş sahələrində çeşidləyin və bütün məqalələrinizi və videolarınızı nizamlı şəkilə saxlamaq üçün vərəq qrupları əlavə edin. Və bölünmüş ekran və ya şəbəkəli Vərəq düzülüşü sizə hadisələri izləməyə imkan verir.

Böyük texnoloji qurumlardan uzaq durun, bunu etmək xoşunuza gələcək

Download Vivaldi