Bizim inandıqlarımız

Vivaldi'də işləməyin nə olduğunu,
və bizim nəyə inandığımızı öyrənin.

Biz nə edirik

Veb-bələdçi sizə uyğunlaşmalıdır, siz ona deyil.

Biz hesab edirik ki, bir çox insanlar veb-bələdçisini daha rahat istifadə etmək üçün onun hər kvadrat düymünü özünə görə ayarlamaq istəyir. Onlar məhsuldarlıq və təhlükəsizliyi qurban vermədən daha təkmilləşdirilmiş funksiyalar əldə etmək istəyirlər. Və istəyirlər ki, onları eşitsinlər.

"Biz güclü, ayarlanabilən və sürətli veb-bələdçi yaradırıq. Hansı ki bu veb-bələdçi sizə uyğunlaşır, siz ona deyil"

Bizim məqsədimiz

Biz bunu necə edirik

Enerjili bir könüllülər icması və veb-bələdçilərin yaradılmasında geniş təcrübə.

Qurucumuz və baş icraçı direktorumuz Jon von Tetzchner, insanların çoxu internet haqqında eşitməmişdən əvvəl bir veb-bələdçi yaradırdı. Şöbələr və layihələr arasında özünütəşkilata və əməkdaşlığa inanırıq. Lakin biz bunu tək etmirik. Məlumatları sınamağımıza, tərcümə etməyimizə və yaymamıza kömək edən dünyanın hər yerindən möhtəşəm Könüllülər cəmiyyətin ilə işləyirik.

"Bir-birinizə hörmət edin, suallarınızı verin, məqsədyönlü olun və başladığınız işi başa çatdırın."

Rəhbər prinsiplər

Yerləşdiyi məkan

Biz, Norveç, İslandiya və ABŞ-da ofisləri olan (indiyə qədər), yeddi ölkədə çalışan, 25 millətin nümayəndələriyik.

Oslo, Norveç

Bizim baş ofisimiz Osloda gözəl şəlalənin yaxınlığında yerləşir. Bəli, bu əsl şəlalədir və əgər istəsəniz çayda əsl Norveç qızılbalığları da tuta bilərsiniz.

Reykyavik, İslandiya

İslandiyadakı ofislərimiz Jon tərəfindən qurulan yerli bir startap inkubatoru olan İnnovasiya Evində yerləşir. İslandiya komandamız, nəfəs kəsən okean mənzərələrindən ilham alaraq çalışır.

Maqnoliya, ABŞ.

ABŞ-dakı ofisimiz Bostondan nəqliyyat vasitəsi ilə bir neçə dəqiqəlik məsafədə, Maqnoliyada İnnovasiya Evində yerləşir - bir yerdə yaşayırıq və işləyirik. Hər yay bütün komanda burada əylənmək və kod yazmaq üçün toplanır.

Nəzarət bizdədir

Vivaldinin sahibi onun işçiləridir.
Və biz bunu belə saxlamaq niyyətindəyik.

Xarici sərmayəçilərin olmaması bizə istifadəçilərimizi dinləmək azadlığı verir və onlarla birlikdə onlara layiq olanı yaradırıq. Biz hər bir fikrə və təklifə ciddi yanaşırıq.

3 100 000+
Aktiv istifadəçilər
1 600 000+
Cəmiyyətin üzvləri
0
Xarici sərmayəçilər