Vivaldi veb-bələdçisini Linux-a necə integrasiya etməli

Vivaldi, Linux distribütorlarına problemsiz inteqrasiya olunur. İstifadəçilərinizi Vivaldi ilə özlərini evdəki kimi hiss edəcək.

Download Vivaldi Vivaldi tərtibatçılarına müraciət edin

Bu veb-bələdçi sizin distribütorunuza uyğundur

Vivaldi başqa veb-bələdçilərə bənzəmir. O texnoloji nəhənglərin proqram təminatına yanaşmasını qəbul etmir, nəzarətin istifadəşilərin əlində olmasına üstünlük verir.

Vivaldidə hər şey ayarlanabiləndir və məxfilik və təhlükəsizlik qorumaq üçün istifadəçi haqlarına hörmətlə yanaşır - Linux-da olduğu kimi.

Vivaldi veb-bələdçi Linux nəzərə alınaraq yaradılmışdır. Bizonu sizin Linux distribütorunuzda asan istifadə edə bilmək üçün yaratmışıq ki, siz bütün unikal imkanlardan və funksiyalardan vahid bir paketdən asanlıqla istifadə edə biləsiniz.

2.9m
Ümumi istifadəçilər
1.6m
Cəmiyyətin üzvləri
12%
Linux istifadəçiləri bazası
2
Distirbütorlara inteqrasiya


Vivaldini inteqrasiya etmənin iki yolu

Vivaldini distribütorunuza inteqrasiya etmənin iki əsas yolu var: sistem veb-bələdçisi və iş masası mühiti üçün veb-bələdçi şəklində.

Vivaldini sistem veb-bələdçisi edin

Bu parametr ilə siz Vivaldini bütün hesablar üçün bütöv sistem bələdçisi tyəyin edə bilərsiniz. Bu sizin distribütorunuzun yeni istifadəçilərinə tanış təcrübəni verəcək və həmçinin Vivaldinin bütün imkanlarını distribütorunuza inteqrasiya edəcək.

İş masası mühitinə inteqrasiya

Əgər bir distribütorunuzda bir neçə iş masası mühiti istifadə edirsinizsə, bu ideal variantdır. Bu halda siz Vivaldini hər iş masası mühiti üçün ayarlaya bilərsiniz ki, bu da istifadəçilərə bir distribütorda eyni işi maksimum çevilkilə görməyə imkan verir.




Gəlin Vivaldini sizin distribütorunuz üçün ayarlayaq

Bir distribütor idarəçisi və ya müntəzəm Linux istifadəçi olmanızdan asılı olmayaraq veb-bələdçini ürəyinmiz istədiyiniz kimi ayarlamaq üçün Vivaldidə hər şey var.

Fərdi mövzular

Standart veb-bələdçi görünüşü mövusuna düzəliş etməklə başlayın. Vivaldini Linux distribütorunuza aid olacaq şəkildə ayarlamaq üçün bu ən yaxşı yoldur (hansı ki, distribütorunuzun tərzinə uyğun olur).

İstər Vivaldi üçün rıəng palitrası axtarın, istərsə də özünüzə məxsus rəng palitrasını və ya rəng dəyişimini Vivaldiyə tətbiq etmək istəyin, biz bu imkanları sizə təqdim edirik.

Axtarış mühəriklərini ayarlayın

Sonra siz xüsusi axtarış mühərriklərini Vivaldiyə əlavə edə və ya bunlardan birini distribütorunuzun istifadəçiləri üçün standart axtarış kimi təyin edə bilərsiniz.

Məsələn, əgər siz DuckDuckGo-nu standart axtarış mühərriki kimi təklif etmək istəsəniz, bu metod sizə bunu etməyə imkan verəcək.

Xüsusi əlfəcinlər

Nəjhayət siz sürətli keçidlər və ya əlfəcinlər əlavə edə bilərsiniz ki, bu da istifadəçilərə distribütorunuz üçün vacib olan veb-saytlara asan giriş etməyə imkan verir.

Əgər əlfəcin kolleksiyaları xüsusi olaraq sizin distribütorunuz üçün yaradılıbsa, onlar sürətli keçidlər səhifəsində və ya əlfəcinlər qovluğunda əlçatan ola bilər.




Distribütor idarəçilərindən tutmus adi Linux istifadəçilərinə kimi hamı bizim üçün dəyərlidir

In our repos, Manjaro always provides the very latest version of Vivaldi, and thanks to direct developer contact we are now also able to include matching default themes for our editions.
Co-CEO of Manjaro GmbH & Co. KG, Bernhard Landauer

Siôn Hughes@sionwhughes

Replying to @jonsvt and @vivaldibrowser
Keep up the great work. As a Linux user in a Microsoft heavy technology company, I use Vivaldi a LOT for Teams, Outlook Email & Calendar, and it all just works so much better than it did in Firefox.

🌈Pavan { Full Stack Dev }@PavanGayakwad

@vivaldibrowser I am surprised to find your in-browser email client so much better than the #Linux email clients I have tested so far, specially the conversation view 🙌 and the quick commands makes is such an ease! you guys nailed it!

Panos Sakalakis@meymigrou

Replying to @ManjaroLinux
For me @vivaldibrowser is my first stop whenever I install any distro (mostly Manjaro). It's private, has tons of customizations options, you can modify it as you feel, and looks beautiful in both Gnome & KDE.

The Uncle Mez 🇨🇬@TheUncleMez

Replying to @vivaldibrowser
Good achievement ! Someone on a known #Linux project said:
Best way to survive Firefox!
sudo eopkg install vivaldi-stable
sudo eopkg install vivaldi-snapshot
😉😉😉

bernhardhimself@bernhardhimself

The team at @vivaldibrowser are always innovating and improving. If you haven't tried their browser yet, you are definitely missing out.

ArgFanZA@OtsM8

Replying to @vivaldibrowser
I love Vivaldi its my go to browser on Linux most of my work is done in the browser I even code using #SapWebIde so the browser is my most important app choice #IChooseVivaldi




Nə üçün Vivaldi Linux üçün idealdır

Dərindən ayarlanibilir

Vivaldi ayarlanabilən klaviatura qısayolları, jestlər və ayarlanabilən menyular ilə sırf özünüzə uyğun bir veb-bələdçi yaratmağa imkan verir. Veb-bələdçi istifadəçi interfeysi elementlərinin yerini, ölçüsünü və görünüşünü dəyişərək onu istədiyiniz şəkildə işlədə bilərsiniz.

Daxilə quraşdırılmış funksiyalar

Linnux istifadəçiləri fərqlidir, lakin onlar bir şeylə biz həmişə razıyıq ki, hazır funksiyaların öz yeri var. Elə buna görə də biz Linux istifadəçilırinin xoşuna gələcək funksiyalar əlavə etdikvə onu internetdəki işlərinə tamamilə nəzarət etmək istəyənlər üçün əla seçim imkanı yaratdıq.

ARM dəstəyi

Vivaldi Linux istifadəçilərinə çox önəm verir və əmin edir ki, onlar veb-bələdçinin son imkanlarından və yeniliklərindən yaralana bilərlər. Biz ARM prosessorunda işə salına bilən çLinux ox az veb-bələdçilərdən biri olmağımızla qürur duyuruq. Bu, DEB və RPM paketlərində əlçatandır, və beləliklə onu siz bir çox Linux paylaşımlarına quraşdıra bilərsiniz.

Məxfilik əsas götürülür

Vivaldi məxfiliyə və təhlükəsizliyə üstünlük verilərək yaradılıb. Hesab edirik ki, lazımsız yerə məlumat toplamaq təhlükəlidir, buna görə də sizi izləmir və profilinizi yaratmırıq, bunun əvəzinə sizin hər bir fəaliyyətinə nəzarət edə biləcəyiniz bir veb-bələdçi yaratmağa üstünlük veririk!




Bizim prinsiplərimiz

Hamıya uyğun bir ölçüdən dərin fərdiləşdirməyə qədər

Biz seçim azadlığını dərindən inanırıq, buna görə də biz hamıya məlum görünüşə malik ənənəvi veb-bələdçi təcrübəsinə üstünlük verən istifadəçilərdən tutmuş, ekstremallığa və unikallığa daha çox üstünlük verən istifadəçilərin hər birinin zövqünə uyğun Linux üçün bir veb-bələdçi yaratdıq.

Jon Stephenson von Tetzchner, Vivaldi CEO.





Vivaldi haqqında

Vivaldi əməldə sınayın

Cəmiyyətimiz ilə daimə əlaqədə olmaq Vivaldi ruhunu yaşatmaq üçü vacibdir. Mümkün ən yaxşı veb-bələdçinin yaradılmasını qeyd etməmək olmaz. Biz həmçinin platformamızdan müsbət tendensiyaları paylaşmaq və ya sizi və bütövlükdə cəmiyyəti risk altına qoya biləcək zərərli təcrübələr barədə danışmaq üçün istifadə edirik.

Vivaldi haqqında

İslandiyadakı Vivaldi komandası

Məxfilik mövcuddur

Veb-bələdçini və axtarış xidmətini seçmək imkanınız var

Daha ətraflı

Nə üçün Vivaldini istifadə etməli, bizim serverimiz Mastadon-dadır?

Çünki bu əla bir tətbiqdir! 😉 Bu, sizin fəaliyyətinizi izləməyən və məlumatlarınızı toplamayan mərkəzləşməmiş bir sosial şəbəkədir. Reklam yoxdur. Şəxsi həyatınızın toxunulmazlığını qoruyur.

Vivaldi sosial

Kriptovalyutaya münasibətimiz necədir?

Haqında gedən söz-söhbətləri bir kənara qoysaq, virtual valyutanın insanlara, cəmiyyətə və onları əhatə edən mühitə real təsiri var.

Daha ətraflı

İzlənməyin necə hiss olduğunu bilirsinizmi?

Haqqınızda məlumatın toplnması və nəzarətə əsaslanan reklamlara yox deməyin vaxtıdır.

Daha ətraflı

Böyük texnoloji qurumlardan uzaq durun, bunu etmək xoşunuza gələcək

Download Vivaldi