We respect your privacy

Ziyarət etdiyiniz bir çox sayt sizin haqqınızda mümkün qədər çox məlumat toplamaq istəyir. Niyə? Bunu öz işlərini yaxşılaşdırmaq xatirinə edirlər. Bir çox veb-bələdçi istehsalçısı da eyni fikrə sahibdir. Bu sizi təəcübləndirdi?

Tətbiqlər tez-tez istifadəçiləri izləyir, profillər yaradır və mənfəət əldə etmək üçün məlumatları reklamçılara satır. Xidmətlərindən "pulsuz" istifadə etməyin maliyyəti budur.

Lakin Vivaldi belə deyil. Biz həqiqətən də sizin məlumatlartınızdan istifadə etmirik.

Daxil olduğunuz saytlar, veb-bələdçidəki yazılarınız, yükləmələriniz barəsində qətiyyən maraqlanmırıq. Onlar ya yerli olaraq sizin komputerinizdə saxlanılır ya da şifrələnmiş halda olur.

Biz heç bir məlumatı satmırıq.

Yalan söyləməyəcəyik. Əlbətdə ki, Vivaldi-dən necə istifadə etdiyiniz barədə məlumat əldə etmək bizim üçün pis olmazdı (məsələn, ən sevdiyiniz funksiyanın hansı olduğunu bilməmiz və s. kimi). Lakin, bunu xoşagəlməz bir şəkildə etməkdənsə, birbaşa sizdən soruşmağı daha düzgün hesab edirik. Bu qəribə görünə bilər, bunu bilirik.

İzləmə olmadan necə statistika aparırıq

İstənilən şirkət kimi biz də neçə istifadəçimiz olduğunu bilməliyik (bu bizim işimizi davam etdirə bilməmiz üçündür).

Bir müddətdir ki, kompüterinizdə saxlanılan unikal bir istifadəçi sayma sorğusundan istifadə edirdik, hansı ki, bizə, "Bu əvvəllər saydığımız eyni istifadəçidir" deyə bildirirdi.

Lakin biz bundan tədricən imtina etdik. Kompyuterinizdən hər hansı unikal məlumatların bizə göndərilməsini istəmədik.

Biz artıq bu məsələnin yeni həllini tapmışıq. Komputeriniz haqqında bizə heç bir unikal məlumat göndərməyən yeni tətbiq üzərində işləyirik. Bu bir az çətin başa gələcək işdir, lakin biz bunun öhdəsindən gələcəyik.

Bu kodun veb-bələdçi hissəsini, C ++ proqramlaşdırma dilində yazırıq ki, mənbə kodumuzla bərabər təqdim edə bilək və bu kodun bəyan etdiyimiz kimi işləyib işləmədiyini istifadəçilərimiz yoxlaya bilsin.

İndi biz İP ünvanlarının yalnız bir hissəsini alırıq. Bu bizə istifadəçinin ölkəsini təyin etməyə kifayət edir ki, bu da veb-bələdçini həmin ölkə üçün inkişaf etdirməyə imkan yaradır. Lakin biz istəsək belə, bütün bu vasitələrlə istifadəçi haqqında dəqiq məlumatlar əldə edə bilməmiz mümkün deyil.

Biz həmçinin Vivaldinin hansı versiyasının işlədiyini, ƏS, prosessorun növü və ekranın görüntü imkanları haqqında məlumatları görə bilirik. Bu isə bizim tərəfimizdən əldə edilən minimum məlumatlardır.

Nəzərə alın ki, bəzi tapşırıqlar üçün biz kənar komponentlərdən istifadə edirik. Həmişə veb-bələdçiyə əlavə qoşma quraşdırmazamanı ehtiyyatlı olun.

Biz nə üçün İzlənmə əngəlləyicisi əlavə etmişik

76 faiz saytlar gizli Google izləyicilərindən ibarətdir.”

Siz artıq bildiniz ki, biz gərəksiz izləmə və məlumat toplama ilə mübarizə aparırıq. Lakin başqalarında izləmələr gündən-günə artır. İnternetdə artıq milyonlarla izləyicilər mövcuddur.

Buna görə də biz İzləmə əngəlləyicisini birbaşa veb-bələdçi daxilinə quraşdırdıq ki, sizin məlumatlarınız başqalarının əlinə keçməsin.

Biz nə qədər də izlənmə əngəlləyicisini mükəmməl olmasına və sizi izləmək istəyən bütün izləyiciləri əngəlləməyə çalışsaqda, bu əngəlləri aşa bilən biri olacaqdır. Əgər belə birini aşkar etsəniz bizə xəbər verəcəksiniz?

Beləliklə, biz Vivaldini istifadəçiləri izləməyən veb-bələdçi kimi hazırlayırıq.

Bunları başqa hansı proqramlar deyə bilər?

Daha ətraflı

Biz istifadəçilərimiz necə sayırıq
Vivaldi məxfilik siyasəti
Vivaldidə şəbəkə fəaliyyətinin deşifrə olunması