Proton VPN Vivaldi üçün
Proton VPN köməyi ilə birbaşa Vivaldidən internetdə təhlükəsizliyinizi qoruyun və heç bir əngəlsiz qlobal məzmuna giriş əldə edin.


İP ünvanınızı gizlədin
Vivaldi üçün Proton VPN internetdə məxfiliyinizi qoruyan və İP ünvanlarınızı gizlədən sürətli və etibarlı bir VPN xidmətidir.
Zərərli skriptləri əngəlləyin
Protonun DNS süzgəcləməsi arzuolunmaz domenlər ilə bağlantının qarşısını alır və zərərli skrtiptləri əngəlləyir.
Qlobal məzmuna giriş
Əgər hansısa bir veb-sayta, məzmuna və ya xidmətə giriş sizin bölgənizdə əngəllənirsə, bunlara Proton VPN qoşulduğu zaman daxil ola bilərsiniz.
Güclü şifrələmə
Protonun VPN protokolları sınaqdan çıxmış açıq qaynaqlı AES-256 və ChaCha20 kimi ən yüksək səviyyəli şifrələmədn istifadə edir.
Etibar edə biləcəyiniz məxfilik
Proton ciddi qeyd aparmama siyasətinə əməl edir və onun VPN protokolları sınaqdan çıxmış açıq qaynaqlı şifrələmə standartından istifadə edir. Əmin olun ki, İnternetdəki aktivliyiniz tamamilə məxfi qalacaq.
Sürətli serverlər
Protonun 10GB-lik server şəbəkələri unikal VPN sürətləndiricisi ilə VPN sürətinizi 400%-ə qədər yüksəltməklə yanaşı sizi güclü şifrələmə və təhlükəsizlik ilə təmin edir.

Vavialdiyə quraşdırılıb
Vivaldi üçün Proton VPN birbaşa Vivaldi veb-bələdçisi daxilinə quraşdırılıb. Sadəcə veb-bələdçi ayarlarını açın, Proton VPN aktiv edin və həmin andan etibarən məxfi baxışa başlayın.


Məxfiliyi standart edin
Proton 2014-cü ildə İsverçrədə Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) görüşən alimlər tərəfindən yaradılıb. Onların məqsədi xidmətlər ekoloji sistemində məxfilik əsas götürülərək, hər yerdə, hər zaman və hər kəs üçün əlçatan olan bir internet yaratmaqdan ibarətdir.

Onlayn məxfiliyə Avropanın cavabı
Texnoloji nəhənglərin hegemonluq etdiyi dövrdə Vivaldi və Proton rəqəmsal müstəqillik, məxfilik və şəffaflığa dair Avropa öhdəliyini təmsil edir. Proton və Vivaldini seçməklə məxfiliyin bir imtiyaz deyil fundamental hüquq olduğuna inanan və getdikcə böyüyən bir hərəkata qoşulmuş olursunuz.
Tez-tez verilən suallar
-
Vivaldi üçün Proton VPN necə işləyir?
Proton VPN İP ünvanlarınızı gizlətməklə internetdəki məxfiliyinizi qoruyur. Virtual məkanınınız gizlədildikdə, internetdəki aktivliyinizi izləmək, məhdudlaşdırmaq və ya onları reklamçılara satmaq çox çətin olur.
-
Vivaldi üçün Proton VPN necə quraşdırmalı?
Vivaldi üçün Proton VPN birbaşa veb-bələdçidən istifadə üçün hazırdır. Bununla belə o əlavə qoşma xüsusiyyəti daşıyır və öncədən aktiv edilməyib, buna görə onu aktiv etmək üçün öncə alətlər panelindəki VPN düyməsinə vurmalısınız. Davam etmək üçün sadəcə Vivaldi hesabı ilə daxil olmanız lazımdır. Əgər belə bir hesabınız yoxdursa onu yarada bilərsiniz.
-
Vivaldi üçün Proton VPN pulsuzdur?
Bəli. Vivaldi üçün Proton VPN reklamsız, limitsiz və ciddi heç bir qeyd aparmama siyasəti ilə pulsuzdur. Bəzi tam funksiyalar yalnız pulla əldə edilmiş Proton VPN Plus abunəçiliyində əlçatandır.
-
Vivaldi üçün Proton VPN nə qədər təhlükəsizdir?
Bütün Proton VPN şəbəkə trafiki həm AES-256, həm də ChaCha20 ilə şifrələnir və Proton, WireGuard® və OpenVPN kimki güclü VPN protokollarından istifadə edir.
-
Proton VPN-i mobil cihazlardakı Vivaldidə istifadə edə bilərəm?
Vivaldi üçün Proton hal-hazırda yalnız masaüstü kompyuterlərdə əlçatandır. Gələcəkdə onu mobil cihazlara da əlavə etməyə ümid edirik.
-
Proton VPN istifadə etmək qanuna uyğundur?
VPN bir çox ölkələrdə qanuna uyğundur, lakin bəzi ölkələr VPN istifadə etməyi məhdudlaşdırır və ya qadağan edir. Məlumat üçün baxın: Protonun ölkə üzrə VPN bələdçisi.