Vivaldi

Veb-bələdçiniz yeniləndi

Yenilikləri aşağıda gözdən keçirin

Sürüklə və yerləşdir

Buyurun, vərəqlərin yan-yana düzülüşünün yenilənmiş tərzi. Vərəqləri, vərəq panelindən hazırkı aktiv vərəqə sürükləyərək yan-yana düzülmüş şəkildə yerləşdirin. Vərəqləri sadəcə kursorla tutun, sizə lazım olan sürüşdürərək buraxın.

Hətta daha çoxu: onların yerini, ölçüsünü dəyişə və ya əlavə vərəqlərə köçürə bilərsiniz!

Keçidi bölünmüş vərəq kimi açın

Keçidi hazırkı vərəqin yanında açmaq istəyirsiniz? Bunu üçün vərəqin üzərinə klikləyin və "Keçidi bölünmüş vərəq kimi açmaq" seçin. Bunun üçün siçan jesti də təyin edə bilərsiniz.

Sancaqlanmış vərəqlər indi daha ağıllıdır

Sancaqlanmış vərəqlər domen məhdudiyyətini dəstəkləyir. Sancaqlanmış vərəqlər sadəcə lazım olduğu kimi davranır, belə ki, başqa sayta keçdiyiniz zaman məzmun itirilmir.

Poçt, iş sahələri və pəncərələr arası

Vivaldi Poçt istifadəçiləri üçün iki faydalı funksiya. İndi poçt vərəqinizi istənilən Vivaldi pəncərəsindən aça bilərsiniz. Əgər onu sancaqlamaq istəsəniz o bütün iş sahələrində sancaqlanmış kimi qalacaq. Poçt qutunuz həmişə əlinizin altında olacaq.

Hər gün yeni başlanğıc səhifəsi

Günü yeknəsək başlamaq darıxdırıcıdır. Bu funksiyanı aktiv edin və Başlanğıc səhifə hər gün Unsplash-dan endirilən yüksək keyfiyyətli fotoşəkillər ilə sizi sevindirəcək.

Kursor ilə baxış bir ayar kimi

Kursor ilə baxışı aktiv etməklə klaviatura əsaslı naviqasiya və mətn seçimi üzərində nəzarəti daha asan edir. Bu xüsusi funksiya veb səhifəyə bir mətn sənədi kimi baxmağa imkan verir.