Daha yaxşı internet üçün mübarizə
Biz Vivaldidə işləmirik, mübarizə aparırıq.
İndikindən daha yaxşı internet üçün mübarizə aparırıq.
Biz internetdə Texnoloji nəhənglərin hökmranlığına son qoymaq üçün çalışırıq.
Biz korporativ mənfəət naminə vebin və mədəni diskussiyanın amansızcasına istismarına son qoymaq üçün mübarizə aparırıq.
Bir zamanlar internet sərbəstlik və yeniliklər sayəsdində inkişaf edirdi, lakin texnoloji nəhənglər onu ərtafı hasarlı bir bağçaya çevirdi, məlumatlarımızdan sui-istifadə etdi və rəqəmsal həyatımız üzərində monopoliya quraraq özünə gəlir mənbəyi yaratdı. Biz, təcrübənizi alqoritm deyil özünüzün idarə edə biləcəyiniz, manipulyasiyadan azad internet şəbəkəsi üçün mübarizə aparırıq.
Vivaldi bu zəncirləri qırmaq üçün yaradılıb. Tam ayarlanabilmə imkanı, gizliliyə önəm verən funksiyaları və azadlığınıza toxunacaq heç bir hərəkətə yol verməməklə bu oyun sahəsində hesabı bərabərləşdirirk. Vivaldini, interneti sevdiyimiz üçün yaratdıq. Buna görə də onu hər kəs üçün qorumaq naminə mübarizə aparırıq.

CEO, Vivaldi Technologies
Hər kəs üçün internet
Cənab Tim Berners-Li interneti yaratdığında. hər kəs üçün açıq və demokratik bir yer təsəvvür edirdi. Heç bir patent, heç bir monopoliya yox idi, sadəcə paylaşmaq və yaratmaq azadlığı var idi. Bu gün nə görürük? Nəhəng korparasiyalar məzmunu əngəlləyərək, hər hərəkətimizi izləyərək və bizi ekoloji sistemlərinə bağlayaraq bu açıq sahəni öz oyun sahələrinə çevirmişlər.
Soyğunçular internetinin inkişafı
Bir zamanlar yenilikçi şirkətlər interneti milyardlarla insan üçün bir alətə çevirməyə kömək edirdilər. Bu gün bu şirkətlər, verilənləri toplamaqla gəlir qazanan, izləyiciləri və şübhəli alqoritmləri ilə interneti zəhərləyən sənaye fabriklərinə bənzəyirlər. Texnologiya nəhənglər öz hasarlı bağlarını genişləndirərək və eyni zamanda rəqabəti boğaraq monopoliyaya çevriliblər. Bu azadlığı geri qaytarmağın vaxtı çatıb.
Ən yaxşı internet nədir?
İnternet bizə güc verməlidir, bizi istismar etməli deyil. Lakin bu gün internet, milyardlarla insanın yerinə qərar verən monopolislər tərəfindən zəncirlənmiş vəziyyətdədir. Biz hesab edirik ki, ən yaxşı internet, korparasiyaların deyil, istifadəçilərin nəzarətində olandır. İnternet odur ki, təhlükəsiz, açıq olsun və özünüzə lazım olan aləti, öz təcrübənizi, öz gələcəyinizi özünüz seçə biləsiniz.

Vivaldi necə mübarizə aparır
Biz Vivaldidə sizi güclü edəcək bir veb-bələdçi yaratdıq. Biz izlənməyə əsaslanan Big Tech modelinə qarşı dururuq. Biz bütün dünyadakı tənzimləyicilər və vəkillər ilə əməkdaşlıq edirik, lakin bununla kifayətlənmirik. Biz aktiv şəkildə, sizə bu yönümdə mübarizə aparmağa imkan verəcək alətlər hazırlayırıq, bunlar istər daxilə quraşdırılmış izləyici və reklam əngəlləyicilər olsun. istərsə veb-bələdçinizi istədiyiniz kimi ayarlaya və fərdiləşdirə bilmə imkanı olsun.
Nəzarəti sizə vberirik
Biz hesab edirik ki, veb-bələdçi sizə uyğun olmalıdır, əksinə deyil. Vərələrinizin yan tərəfdə olmasını isətyirsiniz? Olsun, bunu edə bilərsiniz. Müxtəlif layihələr üçün ayrıca sahə lazımdır? Bu da mümkündür. Vivaldi, internetdə səyahətin məhz sizin istədiyiniz kimi olması üçün hər bir sahəni dəqiq ayarlamağa imkan verir.
Alqoritmlər dostlarınız deyil
Heç düşünmüsünüzmü ki, niyə sosial mediyadakı xəbər lentləriniz həmişə sizə eyni məzmunu göstərir? Və ya niyə bir neçə gün əvvəl axtardığınız reklam daima bütün internetdə sizi izləyir? Bun alqoritmlər öz işini görür, belə ki, sizi gərgin və ya qəzəbli) saxlayır, eyni zamanda məlumatlarınızla qidalanır. Vivaldi belə etmir. Bizim xəbər lentlərimiz alqoritmlərdən azaddır və nəyi gördüyünüzü yalnız siz bilirsiniz.
İnsan ağlına əsaslanaraq hazırlanıb
Biz hesab etmirik ki süni intellekt hər yerdə olmalıdır. Əsasən onlar ki, icazəniz olmadan sizin məlumatları istifadə edir, plaqiatla məşğul olur və interneti çirkləndirir. Geniş Dil Öyrənmə modelləri görünüşdə cazibadar görünə bilər, lakin onlar çoxlu miqdarda enerji, su istifasdə etməklə, məxfiliyi və dəqiqliyi pozmaqla baha başa gəlir. Biz Vivaldidə daha çox, məlumatlarınızı sui-istifadə etməyən və sizi bir məhsula çevirməyən alətlərə diqqət yetiririk.
Bezdirici reklamları məyus edir
Heç də bütün reklamlar pis deyil, lakin izləyən reklamlar belədir. Biz hesab edirik ki, yaradıcılar internetdə sizi izləmədən və cəsusluq etmədən pul qazanmalıdırlar. Vivaldinin izləyici əngəlləyicisi, internetdə sizi izləyərək profilinizi yaradan izləyiciləri əngəlləmək üçün daha çox tanınan izləyicilərin ünvanlarından ibarət ayarlanabilən siyahından istifadə edir. Əlavə quraşdırılacaq genişlənmələrə güvənilmədiyi üçün, bu birbaşa daxilə quraşdırılıb. Lakin bütün ekosistemin düzəlişə ehtiyyacı var, buna görə də Vivaldi müdaxiləli profil yaratmanın qarşısını almaq üçün tənizmləməni dəstəkləyir.
İşçiyə məxsusdur, istifadəçi üçündür
Vivaldi is headquartered In Norway, proudly employee-owned, with no external investors pulling the strings. This means we make decisions that are best for you, not for shareholders’ profit. We build the browser we want to use, listening to our users to create a web experience that’s free, powerful, and uniquely yours.

Join the fight!
The web needs to stay free, open, and for everyone. At Vivaldi, we’re doing our part to keep it that way. But we can’t do it alone. By using Vivaldi, you’re not just choosing a browser, you’re joining the fight for a better web. It’s time to take back the web, one tab at a time.