User Interface
Hər şeyin ayarlana bilməsi


Üslubunuzu seçin
Veb-bələdçinizə bənzərsiz xarici görünüş vermək üçün üstün səviyyədə ayarlanabilən Mövzulardan istifadə edin. Veb-bələdçinizin mövzusunu gün ərzində dəyişdirmək üçün bir cədvəl yaradın.
Mövzular haqqında daha ətraflı öyrənin

İstənilən saytı yan panelə əlavə edin
Veb panellər, sevimli söhbət tətbiqlərinizi, sosial şəbəkə lentlərini və xəbər saytlarınızı yoxlamağı asanlaşdırır. Bunlardan istədiyiniz qədər əlavə edə bilərsiniz. Onların yerini tutub sürüşdürməklə dəyişə bilərsiniz. Xüsusi qısayollardan istifadə edərək hətta müəyyən bir panel belə aça bilərsiniz.
Veb panellər haqqında öyrənin

Uyğunlaşmış interfeys
Vivaldi sizə və həmçinin baxdığınız səhifəyə görə tənzimlənir. Veb-saytın əsas rəngi veb-bələdçi pəncərəsinin fon rəngi kimi istifadə oluna bilər.

Alətlər panelini ayarlayın
Vivaldi-də Ünvan sətri, Əlfəcinlər paneli və Vəziyyət çubuğunun yerləşdirilməsini və görünüşünü istədiyiniz kimi ayarlayın. Onları ekranın yuxarı və ya alt hissəsində yerləşdirin, İstifadəçi İnterfeysi miqyasını dəyişməklə ölçülərini tənzimləyin və ya tamamilə gizlədin.

Mətnə diqqət
Bütün diqqəti səhifənin məzmununa yönəltmək istəsəniz Oxu rejimindən istifadə edin. Səhifədəki artıq elementləri göstərməməklə tənzimlənən şrift ölçüsü və rəng sxemləri ilə oxumaqdan zövq alın.
Oxu rejimi haqqında daha çox öyrənin

Əlinizin altındakı alətlər
Vivaldi yan paneli bir çox faydalı alətlərdən ibarətdir. Tarixçələr, endirmələr, əlfəcinlər və qeydlər ilə səhifəni dəyişdirmədən işləyin.