Vərəqlərinizi ram edin
İrəli. İstədiyiniz qədər vərəq açın.
Daxilə quraşdırlmış bu alətlər sizin əlinizdədir.
Vərəqləri sözün həqiqi mənasında yeni səviyyəyə keçirin
Qruplaşdlırılmış vərəqləri ikili paneldə yerləşdirin. Beləliklə siz çoxsaylı vərəqlərlə daha rahat işləyə bilərsiniz.
Vərəqlər qruplara yığıldığında onları daha rahat idarə edə bilərsiniz: qrupa yeni ad verə, vərəq qruplarını bir pəncərədə yerləşdirə, onları yaddaşdan təmizləyə bilərsiniz və bunlar kimi bir çox əməllər!
Şaquli vərəqlər
Vərəqləri sağda və ya solda yerləşdirin. Şaquli yerləşmədə, hətta çox sayda səhifə açılmasına baxmayaraq, vərəq başlıqlarını asanca oxumaq olur.
Vərəqləri bölünmüş ekranda yan-yana düzün
Hər vərəqə baxmaq üçün ona keçmək lazım deyil - eyni vaxtda bir pəncərədə baxmaq üçün onları yan-yana yerləşdirin. Bir bloqa məqalə yazarkən araşdırma etməniz lazımdır? Eyni vaxtda bir neçə yayımı izləyirsiniz? Bütün vərəqləri mozaik formada bir pəncərəyə düzün.
Başqalarının Vivaldi vərəqləri haqqında dedikləri
Using @vivaldibrowser, you can display both the mobile and medium sized version of your web page on the same tab. This is great to check your website responsiveness!
@vivaldibrowser just saw the option "Stack tabs by host" and it just made my day!
The recent tab upgrades - double layer stacking plus renaming - is killer! The UX the whole way is so good. Keep up the good work!!
I'm REALLY digging @vivaldibrowser. Mouse gestures are very very cool. Also being able to put tabs on the side. It's super customisable
I use @vivaldibrowser which has tab search already built in. It also lets you put the tab well vertically with a scrollbar, which means you can always read tab titles and icons. This, in addition to automatic tab hibernation, makes the number of open tabs a non-issue.
Tom, if you're in the mood I recommend using @vivaldibrowser. If you keep multiple tabs you can group them and name the group. You can mute all but the active tab through configuration or keyboard shortcuts.
Vərəqlər budaqlanan düzülüşdə
Vərəq paneli əvəzinə pəncərə panelini istifadə etməklə bütün səhifələri yan paneldə vərəqlərin ağac şəkilli düzülüşü ilə idarə edə bilərsiniz.
Qat-qat vərəqlər
Qat-qar vərəqlər vərəq qruplarını bir toxunuşla genişləndirməyə və yığmağa imkan verir. Bu, xüsusən məhdud sahədə məlumatları göstərmək və gizlətmək üçün ən yaxşı vasitədir.
Açıq vərəqlərinizi axtarın
Vərəqlərin tapılması samanlıqda iynə axtarmağa bənzəməli deyil. Sürətli əmrlərdən istifadə edərək açıq vərəqlərini daha tez tapın.
Sürüşdürüləbilən vərəqlər
Sürüşdürüləbilən vərəqlər vərəqlərinizi və ikisəviyyəli vərəq panellərini üfüqi sürüşdürməyə imkan verir ki, bu da daraltmadan daha çox vərəqləri açıq saxlaya bilərsiniz. Siçanı sürüşdürməklə və ya vərəqlərin hər iki tərəfindəki oxlardan istifadə etməklə hərəkət edə bilərsiniz.
Sancaqlanmış vərəqlər
Sancaqlanmıç vərəqlər tez-tez istifadə etdiyiniz vərəqləri və vərəq qruplarını istənilən vaxt və eyni yerdə açıq saxlamağa imkan verir.
Vərəqləri yaddaşdan boşaldın
Yüzlərlə açıq vərəq veb-bələdçinin işini ləngidə bilər. Bunun qarşısını almaq üçün vərəqləri komputerin yaddaşından boşaldın.
Vaxtaşırı təkrar yükləmək
Vaxtaşı yükləmək həmişə saytların son veersiyasına baxmağa və başqa yerdə işlədiyiniz zaman daxil olmuş vəziyyətdə qalmağa imkan verir. Geri sayım vərəq başlığında, nişanın altında göstrələcəkdir.
Səhifəni sonraya saxlayın
Saxlanılmış sesiyalar vərəqlər yığınını tez açmağa imkan verir. Fərqli layihələr üçün iş sahələri təyin edin və vərəqləri (və yerlərini) daha sonra görüləcək iş üçün hazır tutun.
Problemsiz keçid
Vərəqlərə keçmək üçün vərəq panelini açmağa ehtiyac yoxdur. Klaviatura qısayollarını və ya siçanınızın bir sürüşməsini istifadə edərək vərəqləri dəyişdirə bilərsiniz.
Bağlanmış vərəqi yenidən açın
İndici bağlandığınız vərəqi yenidən açmaq istəyirsiniz? Bunu üçün sadəcə olaraq sonuncu vərəqlərin və sonuncu sesiyada bağlanmış pəncərələrin siyahısını görmək üçün səbət nişanı olan "Bağlanmış vərəqlər" düyməsinə vurun və onları yenidən açın.
Səs nəzarəti
Bəzi səhifələrdə səsin icazəsiz səsləndirməsinin qarşısını almaq üçün vərəqlərdəki səsi susdurma seçimlərindən istifadə edin.