Siçan & Klaviatura

Qıvralıq və güc barmaqlarınızın ucundadır

Klaviaturanı istədiyiniz şəkildə istifadə edin

Vivaldi'dəki klaviatura qısayolları, veb-bələdçinizin demək olar ki, hər əməlini idarə etmək üçün sizə uyğun şəkildə ayarlana bilər. Təkdüyməli jestlər sizə populyar əmrlərdən daha çevik istifadə etməyə imkan yaradır.

Bilək hərəkəti ilə naviqasiya

Vivaldi, tam xüsusiyyətli jest dəstəyi ilə təqdim olunur. Siz standart jestləri istədiyiniz kimi ayarlaya, öz jestinizi əlavə edə, internetdə gəzinməni ən həssas şəkildə tənzimləyə bilərsiniz.

Siçan jestləri haqqında daha çox öyrənin

Əmrlər sətrinə nəzarət

Çevik əmrlər - minimal əmrlər sətri interfeysinə daxil edilmiş güclü bir univarsal axtarışdır. Onu, İnternetdə axtarış, açıq vərəqlərin tapılması, tarixçə üzrə axtraış və hətta əmrlərin icra edilməsi üçün istifadə edə bilərsiniz.

Çevik əmrlər haqqında daha çox öyrənin