"Superhuman"a daha güclü pulsuz bir alternativ

Vivaldi Mail çoxsaylı elektron poçt xidmətləri ilə işələməyə, poçtları, toplu məktub göndərişləri siyahılarını və xəbər lentlərini idarə etməyə imkan verir.

Download Vivaldi

Bu pulsuzdur və Windows, macOS və Linux üçün əlçatandır.

Sizin istədiyiniz kimi işləyən poçt müştərisi

Bir çox poçt müştəriləri və xidmətləri bu qədər çevik deyildirlər, lakin Vivaldi Poçt onu öz zövqünüzə uyğun ayarlamağa imkan verir. Poçt müştərinizin necə görünməsinə və necə işləməsinə özünüz nəzarət edin.

Bütün hesablarının təşkilatlandırın

Vaxtınızı məktubları çeşidləməyə sərf etməyin. Bütün e-poçt hesablarından daxil olan məktublara bir qutuda baxmaqla işinizi sürətləndirin və vaxtınızı səmərəli istifadə edin.

Açarı aktiv edin

Məktublarınız üzərində "Baxış rejimlərini dəyişin" funksiyası ilə işləyin. Lazımi məlumatları daha tez əldə etmək üçün oxunmuş məktubları, poçt siyahılarını, xəbər lentlərini, lazımsız məktubları və səbəti gizlədin və ya göstərin.

Necə olduğunu öyrən

Poçt qutusu ilə sürət

Ayarlanabilən klaviatura düymələrindən istifadə edin! Vivaldi Poçt, yeni məktub yazmaq, məktuba cavab vermək və s. üçün 16 ayarlanabilən klaviatura və siçan qısayollarını təqdim edir.

Bütün poçt qutuları arasında dərhal axtarış

Güclü Vivaldi Poçt verilənlər bazası hətta internetə qoşulmadan belə seçilmiş görünüşlər və ya bütün məktublar arasında çevik axtarış etməyə imkan verir.

Vivaldi Poçt və Superhuman Vivaldi Mail Superhuman
Çoxsaylı poçt hesablarını bir yerdən idarə edə bilərsiniz Tam dəstək Tam dəstək
Avtomatik əlaqə yaradılması Tam dəstək Dəstək olmadan
Daxili təqvim Tam dəstək Tam dəstək
Daxili xəbər lenti oxuyucusu Tam dəstək Dəstək olmadan
Ayarlanabilən klaviatura qısayolları Tam dəstək Tam dəstək
Ayarlanabilən siçan jestləri Tam dəstək Dəstək olmadan
Axtarışlar yeni süzgəc kimi saxlanıla bilər Tam dəstək Tam dəstək
Poçt siyahısının avtomatik aşkarlanması və süzgəclənməsi Tam dəstək Tam dəstək
Veb-bələdçiyə tam inteqrasiya olunmuş Tam dəstək Dəstək olmadan

Poçtunuzu təşkilatlandırmaq üçün bizim vasitələrimiz

  • Vivaldi Poçt istifadəçi interfeysini fərqli edənin nə olduğunu öyrənin
  • Hər şeyi necə asan təşkil etməyə nəzər salın
  • Hər funksiya ilə yaxından tanış olun
Vivaldi Poçtun imkanlarını araşdırın

Fərqli düşünün

Vaxtınız dəyərlidir. Niyə onu qovluqlar arasında nə isə axtarmaqla keçirəsiniz? Bunun əvəzinə yalnız vacib məktubları görə biləcəyiniz bir görünüş yaradın.

Baxılmamış və oxunmamış

Vivaldi Poçt qovluğu yanında iki sayğac var. Əvvəllər heç vaxt baxılmamış tamamilə yeni məktublar Baxılmamış adlanır. Baxdığınız, lakin açmadığınız məktublar Oxunmamış hesab olunur.

Ciddi məxfilik siyasəti

Vivaldi Poçt sizin davranışlarınız haqqında məlumatları toplamır və başqalarına da sizi izləməyi çətinləşdirir.

Superhuman-dan Vivaldi-yə keçid tez və asandır.

Milyonlarla istfadəçi bizə inanır

Xarici sərmayəçilərin olmaması bizə istifadəçilərimizi dinləmək azadlığı verir və onlarla birlikdə onlara layiq olanı yaradırıq.

3 100 000+Aktiv istifadəçilər
1 600 000+Cəmiyyətin üzvləri
0Xarici sərmayəçilər

Vivaldiyə keçməniz üçün daha hansı səbəb lazımdır?

Sizin kimi təcrübəli istifadəçilərin nəyə görə Vivaldi Poçtu istifadə etməyə üstünlük vermələrinin bir neçə səbəbi.

Daxili təqvim

Dəvətlərinizi birbaşa Vivaldi Təqvim ilə göndərin və qəbul edin.

İnteqrasiya olunmuş Xəbər lenti oxuyucusu

Vivaldi xəbər lenti yazıları poçt müştərisində adi məktublar kimi görünür.

Veb-bələdçinin üstünlükləri

Vivaldi Poçt da veb-bələçiniz kimi etibarlı nüvəyə malikdir. Minlərlə məktubu tək bir gələnlər qutusunda idarə edin.

Verilənlər bazası

Bütün məktubların, yarlıqların, filtrlərin və axtarışların verilənlər bazası Vivaldi tərəfindən güclü e-poçt müştərisinin təməlində dayanır. Bütün e-poçt hesablarınızdakı məktublar indekslənir, beləliklə onları internetə qoşulmadan axtarmaq mümkündür.

Saxlanılmış axtarışlar

Axtarışlar süzgəc kimi saxlanıla bilər. Hər dəfə qovluq yaratmağa ehtiyyac yoxdur.

Birdən çox hesab dəstəklənir

İMAP və POP3 dəstəyi ilə demək olar ki, istənilən e-poçt təminatçısını inteqrasiya edə bilərsiniz.

Yalnız bir klik ilə elektron poçt ilə ən yaxşı işləmə təcrübəsi

Download Vivaldi