Nəhayəti ki, istədiyiniz kimi işləyən bir Outlook alternativi

Vivaldi Poçt e-poçt müştəsinin necə görünməsini, necə işləməsini nəzarətdə saxlamağa sizə imkan verir.

Download Vivaldi

Bu pulsuzdur və Windows, macOS və Linux üçün əlçatandır.

Çoxtutumlu gələnlər qutuları üçün yaradılıb

Cari e-poçt müştərinizlə özünüzü rahat hiss etmirsiniz? Vivaldi Poçt birdən çox hesabdan, poçt siyahılarından və lentlərdən e-poçtları idarə etməyi asanlaşdırır. Və bu çeviklik sizə mükəmməl iş axınını özünüzə uyğun şəkildə qurmağa imkan verir.

Bütün hesablarının təşkilatlandırın

Vivaldi Poçt e-poçtunuz üçün komanda mərkəzidir. Bütün e-poçt hesablarınızı birləşdirin və onları bir yerdə asanlıqla idarə edin. İşlə bağlı e-poçtları, fakturaları, poçt siyahılarını, məktəb yeniləmələrini və daha çoxunu veb-bələdçinizdə saxlayın.

Açarı aktiv edin

Yalnız bir kliklə siz e-poçtunuzu oxuya və poçt siyahılarından, xüsusi qovluqlardan, lentlərdən, spam və zibil qutusundan mesajları göstərə/gizlədə bilərsiniz. Məktubları daha yaxşı diqqət mərkəzində saxlamaq üçün müxtəlif görünüşləri və tərtibatları birləşdirin - bütün bunlar Vivaldi var!

Necə olduğunu öyrən

Poçt qutusu ilə sürət

Ayarlanabilən Vivaldi Poçt klaviatura düymələri sizə vaxtınıza qənaət etməklə elektron məktublar üzərində işləməyə imkan verir.

Bütün gələn məktub qutuları üzrə ani axtarış

Biz Vivaldi verilənlər bazasını güclü və sürətli yaratdıq ki, siz lazım olanları daha çevik tapa və tez vacib işlərinizə geri dönə biləsiniz.

Vivaldi Poşt ilə Outlook Vivaldi Mail Outlook
Tama ayarlana bilən və paylaşılan bilən görünüş mövzuları istifadəçi interfeysi ayarları Tam dəstək Dəstək olmadan
Geniş müzakirə mövzusunun idarə edilməsi (müzakirəyə keçid) Tam dəstək Tam dəstək
Avtomatik əlaqə yaradılması Tam dəstək Tam dəstək
Tam şəbəkəsiz qoşulma Tam dəstək Tam dəstək
Ayarlanabilən klaviatura qısayolları Tam dəstək Tam dəstək
Ayarlanabilən siçan jestləri Tam dəstək Dəstək olmadan
Poçt siyahısının avtomatik aşkarlanması və süzgəclənməsi Tam dəstək Dəstək olmadan
Axtarışlar yeni süzgəc kimi saxlanıla bilər Tam dəstək Tam dəstək
Məktublar çıxanlar qutusunda göndərilmə növbəsinə qoyula bilər Tam dəstək Dəstək olmadan
Daxili təqvim Tam dəstək Tam dəstək
Daxili xəbər lenti oxuyucusu Tam dəstək Tam dəstək
Veb-bələdçiyı inteqrasiya edilmiş Tam dəstək Dəstək olmadan

Poçtunuzu təşkilatlandırmaq üçün bizim vasitələrimiz

  • Vivaldi Poçt istifadəçi interfeysini fərqli edənin nə olduğunu öyrənin
  • Hər şeyi necə asan təşkil etməyə nəzər salın
  • Hər funksiya ilə yaxından tanış olun
Vivaldi Poçtun imkanlarını araşdırın

Fərqli düşünün

Çoxsaylı qovluqlar arasında axtarışa vaxt itirmək əvəzinə elə bir görünüş yaradın ki, bütün vacib məktubları eyni yerdə görə biləsiniz.

Baxılmamış və oxunmamış

Vivaldi Poçt qovluğu yanında iki sayğac var. Əvvəllər heç vaxt baxılmamış tamamilə yeni məktublar Baxılmamış adlanır. Baxdığınız, lakin açmadığınız məktublar Oxunmamış hesab olunur.

Şəxsi məlumatlarınızn gizliliyini qoruyur

Vivaldi Poçt sizin davranışlarınız haqqında məlumatları toplamır və başqalarına da sizi izləməyi çətinləşdirir.

Vivaldi-dən Outlook-a keçid tez və asandır.

Milyonlarla istfadəçi bizə inanır

Xarici sərmayəçilərin olmaması bizə istifadəçilərimizi dinləmək azadlığı verir və onlarla birlikdə onlara layiq olanı yaradırıq.

3 100 000+Aktiv istifadəçilər
1 600 000+Cəmiyyətin üzvləri
0Xarici sərmayəçilər

Vivaldiyə keçməniz üçün daha hansı səbəb lazımdır?

Sizin kimi təcrübəli istifadəçilərin nəyə görə Vivaldi Poçtu istifadə etməyə üstünlük vermələrinin bir neçə səbəbi.

Daxili təqvim

Dəvətlərinizi birbaşa Vivaldi Təqvim ilə göndərin və qəbul edin.

İnteqrasiya olunmuş Xəbər lenti oxuyucusu

Vivaldi xəbər lenti yazıları poçt müştərisində adi məktublar kimi görünür.

Veb-bələdçinin üstünlükləri

Vivaldi Poçt da veb-bələçiniz kimi etibarlı nüvəyə malikdir. Minlərlə məktubu tək bir gələnlər qutusunda idarə edin.

Verilənlər bazası

Bütün məktubların, yarlıqların, filtrlərin və axtarışların verilənlər bazası Vivaldi tərəfindən güclü e-poçt müştərisinin təməlində dayanır. Bütün e-poçt hesablarınızdakı məktublar indekslənir, beləliklə onları internetə qoşulmadan axtarmaq mümkündür.

Saxlanılmış axtarışlar

Axtarışlar süzgəc kimi saxlanıla bilər. Hər dəfə qovluq yaratmağa ehtiyyac yoxdur.

Birdən çox hesab dəstəklənir

İMAP və POP3 dəstəyi ilə demək olar ki, istənilən e-poçt təminatçısını inteqrasiya edə bilərsiniz.

Yalnız bir klik ilə elektron poçt ilə ən yaxşı işləmə təcrübəsi

Download Vivaldi