Axtardığınız Mailbird-ə alternativ e-poçt müştərisi
Mailbird-də olduğu kimi Vivaldi Poçt e-poçt müştərisinin necə görünəcəyinə və necə işləyəcəyinə nəzarət etməyə imkan verir.
Bu pulsuzdur və Windows, macOS və Linux üçün əlçatandır.
Böyük həcmli e-poçt hesabları üçün yaradılıb
Vivaldi poçtun intuitiv istifadəçi interfeysi nə qədər çox e-poçt hesabı olmasından asılı olmayaraq vaxtınıza qənaət etməyə, böyük həcmli məktublarla işləməyi və onları diqqət mərkəzində saxlamağa kömək edir.
Bütün hesablarının təşkilatlandırın
Vivaldi Poçt heç də hamıya uyğun bir həll yolu deyil. Özünüzə uyğun mükəmməl iş axını qurun və onu fərdiləşdirin. Poçtunuzla daha səmərəli işləməklə ən vacib tapşırıqları gözdən qaçırmayın.
İstəyinizə uyğun olanı seçin
Vivaldi poçt sizin gündəminizdə qalmağınızı və diqqətinizi yayındıran şeylərə məhəl qoymamağınızı asanlaşdırır. Sadəcə istədiyiniz tərtibatı seçin və sonra müxtəlif görünüşlər arasında keçid edin.
Gələnlər qutusuna daxil olun
16 konfiqurasiya edilə bilən siçan və klaviatura qısayolları ilə gələnlər qutunuzda çevik işləyin — bunlar yeni məktubların yazılması, ismarıclara cavab verilməsi və s. kimi təkrarlanan fəaliyyətlər üçündür.
Sizə lazım olanı tapın
Vivaldi Poçtun verilənlər bazası o qədər güclüdür ki, siz istənilən söz üçün seçilmiş görünüşdə dərhal axtarış edə və ya hətta oflayn olduqda belə bütün məktubları axtarmaq üçün axtarışı genişləndirə bilərsiniz.
Vivaldi Poçt ilə Mailbird | ||
---|---|---|
Tama ayarlana bilən və paylaşılan bilən görünüş mövzuları istifadəçi interfeysi ayarları | ||
Mövzunun səmərəli işlənməsi (mövzuya keçin) | ||
Avtomatik əlaqə yaradılması | ||
Tam şəbəkəsiz qoşulma | ||
Ayarlanabilən klaviatura qısayolları | ||
Ayarlanabilən siçan jestləri | ||
Poçt siyahısının avtomatik aşkarlanması və süzgəclənməsi | ||
Axtarışlar yeni süzgəc kimi saxlanıla bilər | ||
Məktublar çıxanlar qutusunda göndərilmə növbəsinə qoyula bilər | ||
Daxili təqvim | ||
Daxili xəbər lenti oxuyucusu | ||
Veb-bələdçiyı inteqrasiya edilmiş |
Poçtunuzu təşkilatlandırmaq üçün bizim vasitələrimiz
- Vivaldi Poçt istifadəçi interfeysini fərqli edənin nə olduğunu öyrənin
- Hər şeyi necə asan təşkil etməyə nəzər salın
- Hər funksiya ilə yaxından tanış olun
Fərqli düşünün
Bir məktub istənilən sayda qovluqda və ya baxışda görünə bilər. Beləliklə, gələnlər qutunuzda yarım saat vaxt sərf etmək əvəzinə, bütün vacib məktublarınızı əlinizin altında saxlamaqla diqqəti artırmaq üçün Vivaldi poçtdan istifadə edin!
Baxılmamış və oxunmamış
Vivaldi poçtda qovluqların yanında iki sayğac var. Əvvəllər baxılmamış yeni e-poçtlar “Baxılmamış” adlanır; gördüyünüz, lakin baxmadığınız e-poçtlar digər yuvanı tutur.
Verilənlərinizə bnəzarəti bərpa edin
Vivaldi Poçt sizin davranışlarınız haqqında məlumatları toplamır və başqalarına da sizi izləməyi çətinləşdirir.
Mailbird-dən Vivaldi poçta keçid tez və asandır.
Vivaldiyə keçməniz üçün daha hansı səbəb lazımdır?
Sizin kimi təcrübəli istifadəçilərin nəyə görə Vivaldi Poçtu istifadə etməyə üstünlük vermələrinin bir neçə səbəbi.
Daxili təqvim
Dəvətlərinizi birbaşa Vivaldi Təqvim ilə göndərin və qəbul edin.
İnteqrasiya olunmuş Xəbər lenti oxuyucusu
Vivaldi xəbər lenti yazıları poçt müştərisində adi məktublar kimi görünür.
Veb-bələdçinin üstünlükləri
Vivaldi Poçt da veb-bələçiniz kimi etibarlı nüvəyə malikdir. Minlərlə məktubu tək bir gələnlər qutusunda idarə edin.
Verilənlər bazası
Bütün məktubların, yarlıqların, filtrlərin və axtarışların verilənlər bazası Vivaldi tərəfindən güclü e-poçt müştərisinin təməlində dayanır. Bütün e-poçt hesablarınızdakı məktublar indekslənir, beləliklə onları internetə qoşulmadan axtarmaq mümkündür.
Saxlanılmış axtarışlar
Axtarışlar süzgəc kimi saxlanıla bilər. Hər dəfə qovluq yaratmağa ehtiyyac yoxdur.
Birdən çox hesab dəstəklənir
İMAP və POP3 dəstəyi ilə demək olar ki, istənilən e-poçt təminatçısını inteqrasiya edə bilərsiniz.
Milyonlarla istfadəçi bizə inanır
Xarici sərmayəçilərin olmaması bizə istifadəçilərimizi dinləmək azadlığı verir və onlarla birlikdə onlara layiq olanı yaradırıq.