Geniş həcmli alınan məktublar qutusu üçün bir Apple Mail alternativi yaratdıq

Vivaldi Mail vahid gələnlər qutusunda birdən çox hesabdan, poçt siyahılarından və lentlərdən olan e-poçtları idarə etməyi asanlaşdırır.

Download Vivaldi

Bu pulsuzdur və Windows, macOS və Linux üçün əlçatandır.

Gələnlər qutusuna yeni baxış

Əksər e-poçt müştəriləri və xidmətləri sizin iş gedişatınızı nəzərə alaraq hazırlansa da, Vivaldi Poçt, sizə e-poçt müştərisinin necə görünməsinə və necə işləməsinə nəzarət etmək imkanı verir.

Gələnlər qutunuzu mərkəzləşdirin

Vivaldi Poçt bütün e-poçt hesablarını və poçt siyahılarını istifadəsi asasan tək istifadəçi interfeysində birləşdirir ki, buninla da bütün ismarıclarınız həmişə əlinizin altında olur. Nə qədər çox e-poçt hesabınızın olmasından asılı olmayaraq, hətta böyük tutumlu e-poçtları çevik şəkildə və asanlıqla idarə edə bilərsiniz.

Görünüşləri dərhal dəyişdir

Dəyişdirmə açarları müxtəlif görünüşlər və maketlər arasında dəyişiklik etməyi aktiv etməklə vaxtınıza qənaət etməyə və diqqətinizi toplamağa kömək edir.

Necə olduğunu öyrən

Poçt qutusu ilə sürət

Poçt naviqasiyanızı ayarlanabilən fərdi klaviatura və siçan qısayolları ilə daha səmərəli edin. Və işləyən zaman "geri" və "irəli" düymələri ilə baxış tarixçəsi və görünüşlər arasında sürətli keçid edin.

Bütün poçt qutuları arasında dərhal axtarış

Vivaldi Poçt indeksləmə bütün e-poçt hesablarınızdan məktubları yerli olaraq cihazlnızda saxlayır. Bu da o deməkdir ki, hətta internetə qoşulmadan da məktublarınıza giriş əldə edə bilərsiniz.

Vivaldi Poçt ilə Apple Poçt Vivaldi Mail Apple Mail
Tama ayarlana bilən və paylaşılan bilən görünüş mövzuları istifadəçi interfeysi ayarları Tam dəstək Dəstək olmadan
Axınların ağıllı işlənməsi (axınlar keçid) Tam dəstək Dəstək olmadan
Avtomatik əlaqə yaradılması Tam dəstək Tam dəstək
Tam şəbəkəsiz qoşulma Tam dəstək Dəstək olmadan
Ayarlanabilən klaviatura qısayolları Tam dəstək Dəstək olmadan
Ayarlanabilən siçan jestləri Tam dəstək Dəstək olmadan
Poçt siyahısının avtomatik aşkarlanması və süzgəclənməsi Tam dəstək Dəstək olmadan
Axtarışlar yeni süzgəc kimi saxlanıla bilər Tam dəstək Tam dəstək
Məktublar çıxanlar qutusunda göndərilmə növbəsinə qoyula bilər Tam dəstək Dəstək olmadan
Daxili təqvim Tam dəstək Dəstək olmadan
Daxili xəbər lenti oxuyucusu Tam dəstək Tam dəstək
Veb-bələdçiyı inteqrasiya edilmiş Tam dəstək Dəstək olmadan

Poçtunuzu təşkilatlandırmaq üçün bizim vasitələrimiz

  • Vivaldi Poçt istifadəçi interfeysini fərqli edənin nə olduğunu öyrənin
  • Hər şeyi necə asan təşkil etməyə nəzər salın
  • Hər funksiya ilə yaxından tanış olun
Vivaldi Poçtun imkanlarını araşdırın

Fərqli düşünün

Yalnız sizə gərəkli olan məktubları göstərən görünüş yaradır. Sonsuz qovluqlar və siyahılar daxilində axtarmağa ehtiyac qalmayacaq: yalnız istədiyiniz görünüşü seçin! Siz artıq axtardığınızı tapmısınız.

Baxılmamış və oxunmamış

Vivaldi Poçt qovluğu yanında iki sayğac var: Baxılmamış və Baxılmış. Birincisi (Baxılmamış) əvvəllər heç vaxt baxılmamış məktubların sayını göstərir, məktublara baxdıqdan, lakin onlar üzərində işləmədikdə onlar başqa yuvaya (Baxılmış) köçürülür.

İzlənilməyə son

Vivaldi Poçt sizin davranışlarınızı izləmir. Və biz sizi məktublar vasitəsilə izləməyə çalışanları əngəlləyirik.

Apple Poçtdan Vivaldi Poçta keçid cəld və asandır.

Milyonlarla istfadəçi bizə inanır

Xarici sərmayəçilərin olmaması bizə istifadəçilərimizi dinləmək azadlığı verir və onlarla birlikdə onlara layiq olanı yaradırıq.

3 100 000+Aktiv istifadəçilər
1 600 000+Cəmiyyətin üzvləri
0Xarici sərmayəçilər

Vivaldiyə keçməniz üçün daha hansı səbəb lazımdır?

Sizin kimi təcrübəli istifadəçilərin nəyə görə Vivaldi Poçtu istifadə etməyə üstünlük vermələrinin bir neçə səbəbi.

Daxili təqvim

Dəvətlərinizi birbaşa Vivaldi Təqvim ilə göndərin və qəbul edin.

İnteqrasiya olunmuş Xəbər lenti oxuyucusu

Vivaldi xəbər lenti yazıları poçt müştərisində adi məktublar kimi görünür.

Veb-bələdçinin üstünlükləri

Vivaldi Poçt da veb-bələçiniz kimi etibarlı nüvəyə malikdir. Minlərlə məktubu tək bir gələnlər qutusunda idarə edin.

Verilənlər bazası

Bütün məktubların, yarlıqların, filtrlərin və axtarışların verilənlər bazası Vivaldi tərəfindən güclü e-poçt müştərisinin təməlində dayanır. Bütün e-poçt hesablarınızdakı məktublar indekslənir, beləliklə onları internetə qoşulmadan axtarmaq mümkündür.

Saxlanılmış axtarışlar

Axtarışlar süzgəc kimi saxlanıla bilər. Hər dəfə qovluq yaratmağa ehtiyyac yoxdur.

Birdən çox hesab dəstəklənir

İMAP və POP3 dəstəyi ilə demək olar ki, istənilən e-poçt təminatçısını inteqrasiya edə bilərsiniz.

Yalnız bir klik ilə elektron poçt ilə ən yaxşı işləmə təcrübəsi

Download Vivaldi