Vivaldi Poçt digər e-poçt müştərilərindən nə ilə fərqlənir?
Başqa e-poçt müştəriləri ilə müqayisə, sizə, Vivaldi Poçtun necə görünməsi və işləməsinə nəzarət etmək imkanı verir.
Poçtunuzu təşkilatlandırmaq üçün bizim vasitələrimiz
- Vivaldi Poçt istifadəçi interfeysini fərqli edənin nə olduğunu öyrənin
- Hər şeyi necə asan təşkil etməyə nəzər salın
- Hər funksiya ilə yaxından tanış olun
Böyük həcmli e-poçt hesabları üçün yaradılıb
Vivaldi poçtun intuitiv istifadəçi interfeysi nə qədər çox e-poçt hesabı olmasından asılı olmayaraq vaxtınıza qənaət etməyə, böyük həcmli məktublarla işləməyi və onları diqqət mərkəzində saxlamağa kömək edir.
Bütün hesablarının təşkilatlandırın
Vivaldi Poçt veb-bələdçi vərəqində açmadan bütün məktublarınız üzərində işləməyə imkan verir. Çünki o məktublarınızı kompyuterinizə yükləyir ki, bununla da hətta şəbəkə bağlantısı olmadan belə bütün e-poçt hesablarından alınan məktublara tək bir poçt qutusunda baxa bilərsiniz.
Açarı aktiv edin
Böyük həcmli poçt qutularına baxış zamanı digər lazımsız elementlərin diqqətinizi yayındırmasını minimuma endirmək lazımdır. Tək bir toxunuşla siz oxunmuş məktubları, həmçinin poçt siyahılarındakı, xüsusi qovluqlardakı, xəbər lentlərindəki, səbətdəki və tullantı məktubları gizlədə və ya göstərə bilərsiniz.
Gələnlər qutusunu asanlıqla yoxlayın
Vivialdi Poçtda dəyişdiriləbilən klaviatura və siçan qısayollarından istifadə edin. Bu gələnlər qutusunda məktublar arasında gəzinmənin ən sürətli yoludur.
Bütün poçtlarınız arasında axtarış
Cəmi bir neçə düymənin köməyi ilə bütün e-poçt verilənlər bazanızı keçin ki, sizə lazım olanı tez və rahat tapa biləsiniz.