İştirak edin!

Vivaldi - üzvlərinin sahibi olduğu çox da böyük olmayan şirkətdir. Bizim investorlarımız yoxdur və bu da veb-bələdçinin inkişaf etdirməsi yolunda bizə azad hərəkət etmək imkanı verir.

Və sizin dəstəyiniz bizim üçün vacibdir.

Hər kəsə bildirin

Vivaldi haqqında sosial şəbəkələrdə yazın və Google PlayApp Store-də rəyinizi yazın. Hamıya bu barədə danışın və dostlarınızı, ailənizi və iş yoldaşlarınızı bu veb-bələdçidən istifadə etməyə dəvət edin.

Daxili axtarış mühərriklərindən istifadə edin

Biz Vivaldi'də təqdim olunan axtarış resursları və tanınmış veb-xidmətlər (Google'dən başqa) ilə əməkdaşlıqdan qazanc əldə edirik.

Ən son versiyaları sınaqdan keçirin

Vivaldi'nin sınaq versiyalarını sınaqdan keçirməkdə bizə kömək edin.

Şərhlərinizi yeni buraxılışlar haqqında yazılmış mövzu altında yazın və ya bizə xətalar haqqında bildirin.