FAQ
-
Necə ianə edə bilərəm?
Yardım üçün:
- Dəstək forumuna dail olun.
- İanə etmək istədiyiniz məbləği daxil edin və 'Davam edin' vurun.
- Kredit kartı məlumatlarını daxil edin və '$ ödəyin' düyməsinə vurun.
- Bankınızın tələbatına uyğun olaraq ödəməni 3D ikili doğrulama təhlükəsizliyi ilə həyata keçirin.
-
Nə üçün maddi dəstək haqqında öyrənmək istədiniz?
Tam şəffaflıq üçün: Vivaldi bir ticarət müəssisəsidir və işçilərimizin çoxu şirkətin səhmlərinə sahibdir. Biz təqdim etdiyimiz axtarış vasitələri və tanınmış veb xidmətlər ilə əməkdaşlıqdan gəlir əldə edirik. Bizim biznes modelimiz ilə burada tanış ola bilərsiniz. Bununla belə pərəstişkarlarımız bizə necə maddi dəstək ola biləcəkləri haqqında suallar verirlər. Əlbəttə biz istifadəçilərimizi fikirlərini həmişə dinləyirik və beləliklə belə bir seçim imkanı yaratdıq.
-
Etdiyim ianədən necə isifadə olunacaq?
Vəsaitləriniz, Vivaldi veb-bələdçisinin məhsul və xidmətlərinin uzunmüddətli inkişafını maliyyələşdirmək üçün istifadə ediləcəkdir.
-
Vivaldi mənim şəxsi məlumatlarımı necə qoruyur?
Bizə dəstək olanların heç bir şəxsi məlumatlarını toplamırıq və saxlamırıq. Bizim Məxfilik Siyasətimizi buradan oxuyun. Ödəniş prosesi üçün Stripe adlı üçüncü tərəf xidmətindən istifadə edirik. Məlumatlarınızın onlar tərəfindən necə işləndiyini, onların Məxfilik Siyasəti ilə tanış olaraq öyrənə bilərsiniz.
-
Vivaldi haqqında daha ətraflı məlumatları haradan tapa bilərəm?
Veb-bələdçi haqqında buradan öyrənə bilərsiniz: https://vivaldi.com/ şirkət haqqında isə buradan: https://vivaldi.com/company/.
-
İanə etmək barəsində suallar ilə e-məktubu kimə göndərə bilərəm?
İanə etmək barədə suallarınız varsa, onları məktub ilə [email protected] ünvanına göndərin.