Məhsuldar. Məxfi. Daxili finksiyalar.
6 ən tanınmış veb-bələdçi ilə birbaşa müqayisə .
Buna daha çox aydınlıq gətirmək üçün bu təlimatda Vivaldini Firefox, Chrome, Opera, Safari və Edge ilə müqayisə edəcəyik.
Bu sizin internetə tam çıxışınızı təmin edən bir veb-bələdçidir
Veb-bələdçilərin müqayisəsi zamanı vacib amillər kimi - sürət, istifadə rahatlığı və təhlükəsizlik nəzərə alınır. Lakin, 2023-cü ildə ən yaxşı veb-bələdçini seçərkən daha çox faktorların nəzərə alınması tələb olunur.
Statistika ilə razılaşsaq əksəriyyət istifadəçilər Google Chrome, Safari və Firefox veb-bələdçilərinə üstünlük verirlər. Lakin, öncə sizin istəklərinizi nəzərə alan, fərqli bir veb-bələdçi axtarırsınızsa necə?
Narahat olmayın, biz sizi qoruyuruq! Sizə ən yaxşı veb-bələdçini tapmağa kömək etmək üçün Vivaldi, Google Chrome, Firefox, Safari, Opera və Edge-ni sınaqdan keçiririk.
Məhsuldarlığına görə ən yaxşı veb-bələdçi hansıdır?
Siz heç hansı veb-bələdçinin tapşırıqlarınızı icra etmənizə və işinizi daha tez yerinə yetirmənizə kömək etdiyi haqqında düşünmüsünüzmü? Bu müqayisə bu və digər suallaraa cavab tapmanıza kömək edəcək.
Tam dəstək Qismən dəstək Dəstək olmadan
Ən məhsuldar veb-bələdçi | ||||||
---|---|---|---|---|---|---|
İkisəviyyəli vərəq qrupları | ||||||
Vərəq qrupları | ||||||
Saysız-hesabsız vərəqlərə bölünmüş ekranda baxış | ||||||
Vərəq zolağının fərdi yerləşdirilməsi | ||||||
Ünvan sətrinin fərdi yerləşdirilməsi | ||||||
Vərəqin vaxtaşırı təkrar yüklənməsi | ||||||
Veb-səhifələri iş masasına tətbiq kimi quraşdır (PWA) | ||||||
Fərdi makroslar | ||||||
Fərdi siçan jestləri | ||||||
Ayarlanabilən klaviatura qısayolları | ||||||
Daxili diqqətdə saxlama və məhsuldarlıq vaxtı | ||||||
Fərdi tətbiqlər və saytlar veb-bələdçinin yan panelində | ||||||
Vərəqi yuxu rejiminə keçir (RAM-ı boşaltmaq üçün) | ||||||
Fasilə rejimi | ||||||
Daxili qeyd redaktoru | ||||||
Daxili e-poçt | ||||||
Daxili təqvim |
Nəticə: Vivaldi veb-bələdçi məhsuldarlığına görə ən yaxşısıdır.
Bu qrafik sizə internetdə səyahət zamanı hansı veb-bələdçinin daha məhsuldar olduğunu əyani göstərir. Lakin, bu bir çox faktorlardan asılıdır və şəxsdən şəxsə dəyişir.
Bizim bir çoxumuz günümüzün əksər hissəsini veb-bələdçidə keçiririk və əgər veb-bələdçi yavaş işləyərsə bu bizi əsəbləşdirə bilər.
Vərəqlərin idarə edilməsi, onlayn olduqda məhsuldarlığa təsir göstərəcək digər vacib faktordur. Siz istədiyiniz qədər vərəqləri açmaq imkanına malik olmalısınız. Lakin siz işləmək və ya sadəcə internetdə daha effektiv gəzinmək istəsəniz vərəqlərin idarə edilməsi seçimi ən yaxşı variantdır.
Sadəcə mətn şəklində məzmun təqdim edən veb-bələdçilər keçmişdə qaldı. Veb-bələdçilər müasir işimizin əsas hissəsidir və onlarla qarşılıqlı əlaqəmiz iəimizin məhsuldarlığına böyük təsir göstərə bilər. Məhsuldarlığı artırmaq üçün istifadə etdiyiniz veb-bələdçinin sizə iş axınınızı rahat idarə etməyə kömək etdiyinə əmin olmaq vacibdir.
Məxfiliyiniz üçün ən yaxşı veb-bələdçi hansıdır?
İzlənilmək istəmədiyuimiz bir şeydir. Ancaq düzgün veb-bələdçinin seçilməsi izlənilməyə məruz qalmanızı azalda bilər. Davranışlarınızı izləməməklə və baxış tarixçənizi saxlamamaqla sizin məlumatlarınızı qoruyur. Bəzi brauzerlər məxfiliyinizi qorumağı digərlərinə nisbətən asanlaşdırır. Məxfiliyi nə üçün dəyərləndirmənizdən asıllı olmayaraq, bəzi veb-bələdçilər bunu digərilərindən daha asan edir.
Məxfilik üçün ən yaxşı veb-bələdçi | ||||||
---|---|---|---|---|---|---|
Daxili reklam əngəlləyici | ||||||
İzləyənlərdən qorunma | ||||||
Fərdi əngəlləmə siyahısı | ||||||
Şifrələmə açarı ilə təhlükəsiz eyniləşdirmə | ||||||
İstifadəçinin davranışlarını izləmir və toplamır |
Nəticə: Məxfilik baxımından Vivaldi ən yaxşı veb-bələdçidir.
İnsanların internetdən istifadə etməsi son illər dramatik şəkildə dəyişib. Bir çox veb-saytlar istifadəçilərin internetdə nə etdiyini izləyirlər. Bu izləmə bəzən sizin üçün "fərdiləşdirilmiş təcrübə" təqdim etmək üçün lazım gəldiyinə görə ləğv edilir, lakin əslində izləmədən haqınızda məlumatlar toplamaq üçün istifadə olunur. İstifadəçilərin bu kimi məlumatları qazanc əldə etmək və onlayn davranışınıza əsasən sizə reklamların göstərilməsinə və digər məqsədlərə xidmət etmək üçün istifadə oluna bilər.
Buna görə də sürət və rahatlıq veb-bələdçi seçərkən artıq ən vacib amillər deyil – onun sizin haqqınızda nə qədər məlumat topladığını da nəzərə almalısınız.
Məlumatlarınızın qorunması üçün Vivaldi kimi məxfiliyi qorumağa qadir olan bir veb-bələdçidən istifadə edin. Sizin məlumatlarınız yalnız sizə aiddir və biz onları toplamaqda maraqlı deyilik.
Ən geniş ayarlanabilən veb-bələdçi hansıdır?
Veb-bələdçi istehsalçıları yeni xüsusiyyətlər yaratmağa gəldikdə həmişə fərqlənməyə çalışırlar. Bu gün əksər veb-bələdçilər iş, oyunlar, alış-veriş, internet şəbəkəsi və s. kimi bir çox funksiyaları özündə cəmləşdirir. Bəs hansı veb-bələdçi daha çox funksiya və alət təklif edir? Gəlin bunu yoxlayaq.
Ən yaxşı daxili funksiyalara malik veb-bələdçilər | ||||||
---|---|---|---|---|---|---|
Veb-bələdçi daxilində ekran şəkli çəkmə aləti | ||||||
Məxfi tam səhifə tərcümə aləti | ||||||
İstənilən veb səhifədə sərbəst video pəncərəsi | ||||||
Fərdi paylaşılabilən xarici görünüş mövzuları | ||||||
Düzəliş ediləbilən alətlər zolağı | ||||||
Chrome əlavələri ilə uyğunuq | ||||||
Ayarlanabilən axtarış mühərrikləri | ||||||
Səhifə əməlləri ilə səhifələrə baxışı dəyiş | ||||||
Daxili oxu rejimi | ||||||
Statistikalı vizual tarixçə | ||||||
Şəkilin təfərrüatlarına baxış aləti | ||||||
Canlı şəkilləri aç/bağla | ||||||
Şəkilin yüklənməsini aç/söndür |
Nəticə: Vivaldi ən çox funksiyalı və ayarlanabilən veb-bələdçi.
Hansı veb-bələdçiyə üstünlük verməyinizdən asılı olmayaraq onlar bir çox funksiyalar təklif edir. Firefox, Opera və Safari tərəfindən təklif olunan hər bir funksiya üçün oxşar funksionallığı təmin edən Chromium genişlənmələri əlavə oluna bilər.
Əlavələr veb-bələdçinizin işləmə sürətini azalda və təhlükə riskini artıra bilər. Buna görə də biz üçüncü tərəf genişlənmələrindən daha az istifadə etməyi və təhlükəsiz, etibarlı və daxilə quraşdırılmış alətlərə üstünlük verməyi tövsiyyə edirik. Məsələn, Vivaldi daxilinə quraşdırılmış alətlər kompyuterinizin resurslarını az istifadə edir və verilənlərinizi oğurlamır.
Nəticə
Bu müqayisəetmə sınağında birmənalı seçim Vivaldidir. Super çevik istifadəçi interfeysi, ən yaxşı vərəqləri idarəetmə funksiyası, təhlükısiz və etibarlı daxilə quraşdırılmış tətbiqlər və internetdə ən yükskək məxfiliyi saxlama bacarığı, bütün bunlar Vivaldinin niyə veb-bələdçilər üçün qızıl standart olduğunu izah edir.
Hansı veb-bələdçini istifadə etmənizdən asılı olmayaraq viruslardan qorunmaq, və haker hücümları və zərərli proqramlar nəticəsində yaranacaq təhlükələrin qarşısını almaq üçün onu vaxtaşırı yeniləməlisiiz vacibdir. Bundan əlavə kompyuterinizin ümumi təhlükəsizliyi üçün əməliyyat sisteminizi ən son versiyaya yenilənmiş şəkildə saxlamalısınız.