Haqqımızda
Biz Norveçdə və İslandiyada yerləşən müstəqil brauzer şirkətiyik. Bizə görə internet kəşflər üçündür və bu axtarış sizə yeni ideyalar tapmağa və onların ardınca getməyə kömək etməlidir O, sizə daha aydın düşünməyə kömək etməlidir.

Bizim məqsədimiz
Biz sizə uyğunlaşan güclü, fərdi və məxfi bir veb-bələdçi yaradırıq.
Çox güman ki, veb-bələdçiniz ən çox vaxt geçirdiğiniz bir tətbiqdir. Biz "çox güman ki" deyirik çünki, biz buna tam əmin ola bilmirik; bir çox veb-bələdçilərdən fərqli olaraq biz sizi izləmirik. Bununla belə veb-bələdçiniz sadəcə bir tətbiq deyil. Bu sizin işinizi planladığınız, öyrəndiyiniz, əlaqə qurduğunuz və yaratdığınız bir yerdir. Bu geniş araşdırma üçün düşərgənizdir. Beləliklə, veb-bələdçiniz sizə daha çox iş görməyə kömək etməli, necə işləmək istədiyinizi əks etdirməlidir.
Vivaldi, araşdırmanıza kömək edəcək alətlərlə, digər veb-bələdçilərin təqlid etmək üçün genişləndirmələrə ehtiyacı olan alətlərlə doludur. Bütün bunlar birbaşa veb-bələdçi daxilinə quraşdırılıb. Digər veb-bələdçilərdən fərqli olaraq, biz sizin üçün internetə baxmaq, gördüklərinizi süzgəcdən keçirmək və görmədiklərinizə qərar vermək üçün süni köməkçi daxil etmirik.
Biz insanları trendlərdən daha çox qiymətləndiririk. Araşdırma sevincinin passiv müşahidə təcrübəsi olmasını istəmirik. Araşdırma olmasaydı, internet daha az maraqlı yer olardı. Maraq yavaş-yavaş azalacaq və internetin rəngarəngliyi sönəcəkdi.
Biz Vivaldini interneti sevdiyinmiz üçün yaratdıq.
Harada yerləşirik
Biz məxfilik qaydalarının güclü olduğu Norveç və İslandiyada yerləşmişik - beləliklə, məlumatlarınız böyük texnologiya şirkətlərinin şəxsi məlumatlarınızı reklamçılara satmaq maraqlarından uzaqdır. Ümumilikdə, biz 25 millətin nümayəndələrindən ibarətik və yeddi ölkədə fəaliyyət göstəririk.

Biznes model
Daim daha böyük qazanc əldə etmək üçün bizi qaranlıq işlər görməyə məcbur edəcək heç bir xarici investorumuz yoxdur. Biz sizi izləmirik və ya profilinizə yaratmırıq. Nəyi necə istifadə etdiyiniz haqqında məlumatlarını toplamırıq. Yalnız veb-bələdçini formalaşdırmağa kömək edən aktiv cəmiyyətimizin 3.7 milyon istifadəçisi (və onların sayı aretmaqdadır!) qarçısında cavab veririk.
Əlbəttə ki, "növbəti texnoloji konqlomerat olmaq" üçün bu işin içində olmasaq da, etik bir şəkildə gördüyümüz işi davam etdirmək naminə yaşayış üçün müəyyən məbləğ qazanmalı və ödənişləri ödəməliyik.
Biz hansı yolla qazanırıq?
- Axtarış təminatçıları ilə əməkdaşlıq
- Əməkdaşların saytlarını seçilmişlərə əlavə etməklə
- Birbaşa uyğunluq üzərində əməkdaşlıq
- Maddi dəstək
Ən yaxşı internet üçün maddi dəstək
Biz sizin üçün və sizin sayənizdə varı; və siz bizə böyüməyə kömək edə bilərsiniz. Maddi dəstəyiniz daha yaxşı veb-bələdçi üçün çalışmağımıza və Vivaldini daha güclü, fərdi və məxfi etməyə kömək edəcək.
Daha yaxşı internet üçün texnoloji nəhənglər ilə mübariz aparmaq üçün istənilən məbləğ əhəmiyyətlidir.
Maddi yardım göstərin