Veb-bələdçiniz yeniləndi
Əgər Vivaldini bəyənirsinizsə ona maddi dəstəklə kömək edə bilərsiniz.
Maddi dəstəyiniz daha yaxşı internet üçün mübarizəyə dəstək olacaq!
Əlavə qoşmalar üçün dəstək
Siz istədiniz və biz çatdırdıq. Artıq mobil veb-bələdçinizi ən sevdiyiniz əlavə qoşmalarla istədiyiniz şəkildə formalaşdıra bilərsiniz.
Əlavə qoşmaları quraşdırmaq və ya idarə etmək üçün Ünvan sətrindəki tapmaca nişanına toxunun. Onlardan istifadə etmək istəmirsinizsə, sadəcə "Alətlər panelinə sancaqla" parametrini deaktiv edərək nişanı ləğv edin.
Ünvan sətri hesablayıcı
Gündəlik hesablamalarınızı sürətli və rahat şəkildə aparın: birbaşa Ünvan sətrindən. Artıq tətbiqləri dəyişdirməyə və ya yeni vərəqlər açmağa ehtiyac yoxdur! Sadəcə hesablamanı yazın və nəticəni mübadilə yaddaşına köçürmək üçün kopyalama işarəsinə toxunun.
Diqqətinizi dağıtmayan və məlumatlarınızı qoruyan daha kiçik detallardan biri.